Musiqili Teatr Yeni İlə yeni tamaşa ilə

Musiqili Teatr Yeni İlə yeni tamaşa ilə
calendar 4 dekabr 2014
clock 14:43

Azərbaycan Dövlət Musiqili Teatrı Yeni İl şənliklərinə Şarl Peronun “Yatmış gözəl” nağılının motivləri əsasında “Yatmış gözəl və cırtdanlar” tamaşası ilə hazırlaşır. Tamaşanın quruluşçu-rejissoru Elşad Rəhimzadə kulis.az-a bildirib ki, cari ilin sonuna qədər premyerası baş tutacaq bu səhnə əsəri balaca tamaşaçılara məktəblilərin qış tətili günlərində Yeni İl nağılı kimi təqdim olunacaq.

Disneyin nağıl qəhrəmanları, sehirli pərilər, oyunbaz cırtdanlarla zəngin olan tamaşada nağılçı, Kral Stefan, Santa Klaus, cadugər Malifisenta və başqa obrazları Əməkdar artist Novruz Qartal, Nicat Həbibov, Mehriban Zalıyeva, Türkel Şabanova kimi tanınmış aktyorlar canlandıracaq. Musiqili Teatrın xor və balet truppasıda bu səhnə əsərinə xüsusi gözəllik qatacaq. 25 dekabrdan 2015-ci ilin 10 yanvarına qədər hər gün balaca tamaşaçıların görüşünə gələcək tamaşada və Yeni İl şənliyində uşaqları maraqlı əyləncə, sürprizlər və Şaxtababadan hədiyyələr gözləyir.

Musiqili-əyləncəli tamaşanın quruluşçu-rəssamı Vüsal Rəhim, baletmeystrləri Zakir Ağayev və Yelena Ağayevadır.

# 1366 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
menu pen all_news