Firudin Qurbansoya sərt etiraz gəldi

Firudin Qurbansoya sərt etiraz gəldi
calendar 14 yanvar 2015
clock 18:00

“Hər xalqın taleyində müstəsna xidməti olan böyük şəxsiyyətlər olub. Azərbaycan xalqının taleyində belə şəxsiyyət deyəndə ilk olaraq M.F.Axundov yada düşür”.

Bunu filoloq-münəccim Firudin Qurbansoyun Kulis.az-a verdiyi müsahibədə M.F.Axundovla bağlı dediyi sərt fikirlərə etiraz olaraq yazıçı Azad Qaradərəli bildirib. Kulis.az-a açıqlamasında yazıçı aha sonra əlavə edib:

“Bu böyük zəka sahibi həm də modern təfəkkürə malik şəxs kimi xalqımızın tarixində bir sıra ilklərə imza atıb. O, ilk dəfə bədii nəsri dilimizə gətirdi, ardınca dramaturgiyamızın banisi oldu. Məncə ilk elmi-tənqidi fikrin də banisi odur. Əlifbamızı dəyişməyə qalxan, fanatizmə qarşı açıq döyüşə çıxan da Axundov idi. İlk dəfə əyninə hərbi geyim geyən, polkovnik rütbəsinəcən yüksələn bu mütəfəkkir xalqın nicatını elmdə, bilikdə və təbii ki, həm də hərbi biliklərdə görürdü”

A.Qaradərəli F.Qurbansoyun dostu və tələbə yoldaşı olduğunu bildirərək əlavə edib: “Ya, qardaşım, bizim söykənəcəyimiz bir-iki kişi var, onu da sən qaralama! Səni bilmirəm, mənə görə Axundovlar olmasaydı, sən yazılarını deyil, hətta danışdıqlarını da rusca, ya da farsca yapardın. Bizim ayaq üstdə durmağımızda, millət kimi özümüzü tanımağımızda Axundovun rolu misilsizdir! Sənin bir alim kimi, münəccim kimi indiki düşüncənin nədən ibarət olduğunu yaxşı bilmirəm, amma onu bilirəm ki, sən tələbəlik dövründə, elə sonralar da elmə, maarifə bağlı adam olmusan. Elə isə Axundova toxunma. Toxunmalı bu qədər ünsürlər varkən (onlar, nə yazıqlar ki, Axundovun hələ də yaşayan tipləridirlər) Axundova toxunmaq günahdır sadəcə”.

# 968 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
menu pen all_news