ƏSA Teatrında premyera oldu – FOTOLAR

ƏSA Teatrında premyera oldu – FOTOLAR
calendar 3 may 2017
clock 18:02


Əsas heyəti əlilliyi olan aktyorlardan ibarət inklüziv ƏSA Teatrının növbəti tamaşasının premyerası baş tutub.

Kulis.Azın verdiyi xəbərə görə, Uilyam Şekspirin “Yay gecəsində yuxu” əsəri əsasında hazırlanmış “Yuxum” romantik komediyası 2 may 19:00-da Azərbaycan Teatr Xadimləri İttifaqının binasının tamaşa salonunda nümayiş olunub.

Teatrın baş meneceri Nicat Qulamın verdiyi məlumata görə, ƏSA Teatrının “Yuxum” tamaşasının premyerası anşlaqla keçib. Mədəni və siyasi xadimlər, məşhur teatr xadimləri, millət vəkilləri, ziyalılar o cümlədən bir çox səfirlik və dövlət qurumları ilə yanaşı nümayişi ümumilikdə 400-ə yaxın tamaşaçı izləyib.

Qeyd edək ki, tamaşanın quruluşçu rejissoru Şamil İbrahimov, rejissoru Nihad Qulamzadə, musiqi tərtibatçısı Aydın Rəhimov, səhnə tərtibatçısı Nicat Qulam, işıq rəssamı Binyamin Sailov, geyim üzrə rəssam isə Leyla Əliyevadır.

Tamaşada səkkizi əlilliyi olan olmaqla, 15 aktyor iştirak edib.

Eyni zamanda Azərbaycanda ilk dəfə olaraq tamaşa zamanı işarət dili ilə tərcümə də baş tutmuşdur. İşarət dili ilə tərcümə bu sahədə bir çox uğurlu layihələrə imza atmış Nüranə Abıyeva tərəfindən olunub.

Fotoların müəllifi: Famil Mahmudbəyli

# 2048 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
menu pen all_news