“Dəli yığıncağı” tamaşası nümayiş olunub

“Dəli yığıncağı” tamaşası nümayiş olunub
calendar 1 iyul 2019
clock 16:42

Akademik Milli Dram Teatrında yeni hazırlanan “Dəli yığıncağı” tamaşası nümayiş olunub.

Teatrın mətbuat xidmətindən Kulis.az-a verilən məlumata görə, Cəlil Məmmədquluzadənin eyniadlı pyesi əsasında hazırlanan tamaşanın nümayişindən əvvəl akademik İsa Həbibbəyli çıxış edib. O, Cəlil Məmmədquluzadənin yaradıcılığı haqqında geniş məlumat verib, ədibin zəngin irsində “Dəli yığıncağı”nın yerinin xüsusi olduğunu diqqətə çatdırıb.

Gənc Tamaşaçılar Teatrının baş rejissoru, əməkdar incəsənət xadimi Bəhram Osmanovun quruluşçu rejissoru olduğu yeni səhnə əsərinin bəstəkarı Xalq artisti Siyavuş Kərimi, rəssamı Xalq rəssamı Nazim Bəykişiyev, növbətçi rejissoru Mehman Fətullayev, işıq üzrə rəssamı Rafael Həsənov, rejissor assistenti Nərmin Həsənovadır.

Tamaşada səhnə hərəkəti və plastika Ceyhun Dadaşova məxsusdur.

Teatrın yeni yaradıcılıq əsərində Xalq artistləri Nurəddin Mehdixanlı (Fazil Küleyni), əməkdar artistlər Sənubər İsgəndərli (Doktor Lalbyuz), Elşən Rüstəmov (Molla Abbas), Vəfa Rzayeva (Pırpız Sona), Kazım Abdullayev (Hacı Nayib), Elşən Cəbrayılov və aktyor Elnur Qədirov (Formasyon Rüstəm), Vüsal Mustafayev (Sərsəm Salman), əməkdar artist Aslan Şirin və aktyor Rəşad Bəxtiyarov (Həmzat Qurban), əməkdar artist Rövşən Kərimduxt və aktyor İlyas Əhmədov (Cinni Mustafa), aktyor Mətləb Abdullayev (Şimrəli, Çavuş), əməkdar artist Əlvida Cəfərov (Hacı Məmmədəli), aktyor Rüstəm Rüstəmov (Hacı Xudaverdi), əməkdar artistlər Mirzə Ağabəyli (Hacı Cəfər), Elxan Quliyev (Hacı İslam), Kazım Həsənquliyev (Məşədi Hacı), Xalq artistləri Cəfər Namiq Kamal (Hacı Mədinə), Hacı İsmayılov (Hacı Əbdül Əzim), Rafiq Əzimov (Nəcəfül Əşrəf), əməkdar artistlər Məzahir Cəlilov (Hacı Bağdad), Əli Nurzadə (Kərbəlayi Türbət), Xalq artisti Əjdər Həmidov (Məkkə Məhəmməd), əməkdar artistlər Mətanət Atakişiyeva və İradə Həsənova (Məşədi Zeynəb), aktrisalar Firuzə Balayeva (Səkinə), Ləman İmanova, Dilarə Nəzərova, Fəridə Şahbazova çıxış edirlər.

“Dəli yığıncağı” pyesini Cəlil Məmmədquluzadə 1927-ci ildə Bakıda yazıb. Əsər özünün ideya-məzmun xüsusiyyətləri, hadisələri, obrazları ilə şərti, simvolik xarakterdədir. Əsas ideya dini mövhumat və xurafatın cürətli, kəsərli ifşasıdır.

Mədəniyyət Nazirliyinin sifarişi ilə hazırlanan tamaşa Cəlil Məmmədquluzadənin 150 illik yubileyinə həsr olunub.

# 1711 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
Norma
Norma
menu pen all_news