«Mahmud və Məryəm» Almaniyada göstərilib

«Mahmud və Məryəm» Almaniyada göstərilib
calendar 1 aprel 2013
clock 14:37

Xalq yazıçısı Elçinin eyni adlı əsəri əsasında ekranlaşdırılmış “Mahmud və Məryəm” əsərinin Almaniyanın paytaxtında premyerası keçirilib. Kulis.Azın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə filmin ilk premyerası martın 18-də İstanbulda keçirilmişdi.

Premyerada filmin baş rollarını oynayan aktyorlar Aras Bulut İynemli və Eva Dedova ilə bərabər İlker Kızmaz və Tomris İncer də qatılıb.

Ekran əsəri Azərbaycan və Türkiyə arasında ilk müştərək kino layihəsidir. Türkiyənin “24 Kare” şirkəti tərəfindən ekranlaşdırılan film Mahmudla Məryəmin sevgisindən bəhs edir. Mahmud gəncəli Ziyad xanın oğlu, Məryəm isə keşiş qızıdır. Hadisələrin mərkəzində isə Mahmudla Məryəmin bir-birinə olan məhəbbəti dayanır. İki gəncin sevgisinə mane olan isə mürtəce fikirli Qara Keşişdir.

Nağıl və fantastik elementlərin vəhdət təşkil etdiyi filmdə Mahmud rolunu Aras Bulut İynemli, Məryəm obrazını isə Eva Dedova canlandırıb. Çəkilişlərə Şəki şəhərində start verilən ekran əsərində Fəxrəddin Manafov, Məlahət Abbasova, Şamil Süleymanov, Mehmet Çevik, Tomris İncer, Kristina Krapela və digər tanınmış aktyorlar rol alıb. Mehmet Ada Öztekinin rejissorluğu ilə lentə alınan filmin çəkilişləri ötən il aparılıb.

Azərbaycan və Türkiyənin birgə istehsalı olan və yazıçı Elçinin ssenarisi əsasında ekranlaşdırılan “Mahmud və Məryəm” filminin çəkilişləri Azərbaycan və Türkiyədə aparılıb.

“Mahmud və Məryəm” filminin İstanbul və Berlin şəhərlərində premyeraları keçirilsə də hələ Azərbaycanda keçirilməyib.

# 2063 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
menu pen all_news