Bu mövsümdə hansı yeni tamaşalar olacaq?

Bu mövsümdə hansı yeni tamaşalar olacaq?
calendar 16 sentyabr 2013
clock 10:21

Akademik Milli Dram Teatrında yeni teatr mövsümü ilə bağlı mətbuat konfransı keçirilib. Kulis.Az-ın xəbərinə görə, mövsümün ilk premyerası Əli Əmirlinin pyesi əsasında hazırlanan “Şah Qacar” tamaşası ilə olacaq.

Teatrın direktoru İsrafil İsrafilov yeni mövsümdə səhnəyə qoyulması nəzərdə tutulan tamaşalar haqqında danışdı: “Bu mövsümdə hazırlanıb səhnəyə qoyulması nəzərdə tutulan pyeslərdən biri Hüseyn Cavidin “Topal Teymur” əsəridir. Bu əsəri rejissor Mehriban Ələkbərzadəyə həvalə etmişik. Bundan əlavə, nəzərdə tutmuşuq ki, Eduardo de Filipponun “Neapol - milyonerlər şəhəri” adlı pyesini də bu mövsümdə teatrsevərlərə təqdim edək. Gənc dramaturq Samid Ağayevin “Xəlifənin anası” pyesini də bu ilin repertuarı üçün nəzərdə tutmuşuq”.

İ. İsrafilov teatrın problemlərinə də toxunub: “Çox ciddi şəkildə rejissor və dramaturq problemi yaşayırıq. Azərbaycanda aktyor problemi olmayıb, amma təəssüf ki, biz bu gün aktyor problemi də yaşayırıq. Çalışırıq ki, repertuar seçimində bütün təbəqələrdən olan insanları əhatə edək. Amma bizim komik və faciə janrında yazan dramaturqlarımız yoxdur”.

# 3137 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
menu pen all_news