Burada sərxoş sürücünü çubuqla döyürlər

Burada sərxoş sürücünü çubuqla döyürlər
calendar 3 iyun 2014
clock 08:00

Bu ölkədə sərxoş sürücülər çubuqla döyülür, yerə zibil atanlar süpürgəçi işləməyə məcbur edilir, yaxud min dollar cərimə olunur. Tanış olun – bir-birindən maraqlı qadağaları ilə seçilən Sinqapur!

Məşhur “Singapore is a fine city” lozunqunun iki mənası var. Birincisi, “Sinqapur – gözəl şəhərdir”, ikincisi “Sinqapur – cərimələr şəhəridir”.

Sinqapur ötən əsrin 70-ci illərində küçələri zibillə dolu, yolları avtoqəzalardan bol, adi bir şəhər olub. Hökumət müxtəlif sosial çarxlar və elanlar yazmaqla insanları maarifləndirmək, mümkün qədər şəhərin təmizliyi, təhlükəsizliyinin qeydinə qalmaq istəyib. Ancaq irəliləyiş gözə dəyməyib. Və hökumət məcburən “əjdaha qanunları”nı işə salmalı olub. Demək olar ki, bütün küçələrdə videokameralar quraşdırılıb və qaydaları pozanların tez zamanda tapılması təmin olunur.

Sinqapura səyahət edənləri ən çox təəccübləndirən şey onun həddən artıq təmiz olmasıdır. Burada küçədə siqaret çəkmək üçün xüsusi zibil qabları var. Siqaretin külünü asfalta tökəni 500 sinqapur dolları (312 azn) dəyərində cərimə gözləyir. Yanlış yerdə siqaret çəkməyin cəzası isə 1000 dollardır (624 azn).

Metroda saqqız çeynəmək də qadağandır. Çünki sərnişinlər saqqızları əvvəllər metro qatarlarının qapılarına yapışdırır, bu da onların açılıb-bağlanmasına mane olurmuş. Metronun təmizliyi naminə içki içmək və nəsə yemək də qadağan olunub. Cəriməsi 700 dollardır (437 azn).

Təsəvvür edin, burada ev fikuslarını sulayan zaman qabda su saxlamağa görə cərimə tətbiq olunur! Özü də 1000 dollar dəyərində! Səbəb isə qabda qalan suyun evə ağcaqanad cəlb etməsidir. Adanın rütubətli iqlimində çoxalan ağcaqanadlar kütləvi xəstəliklər yayırmış. Hökumət ağcaqanadları məhv etdikdən sonra ölkədə malyariyanın səviyyəsi xeyli azalıb.

Küçə heyvanlarını, quşları yedirtmək, evdən fişəng atmaq, yolu düzgün yerdən keçməmək və yerə tüpürməyə görə 500-1000 dollar arası cərimə tələb olunur.

Çimərliklərin də təmizliyi olduqca yüksək səviyyədədir. Dənizə gəlib qaraldın, yedin-içdin və arxanca yığışdırmadınsa, 800 dollarından (500 azn) keçməlisən.

Avtomobil sürərkən telefonla danışanlar əvvəlcə həbs olunur, sonra sürücülük vəsiqəsindən məhrum edilir. Sürəti cəmi 10 km/saat artıranlara 3 aylıq həbs düşür, sərxoş halda avtomobil sürəni isə çubuqla döyürlər. Çox vaxt arxalarından 6 dəfə vururlar. Sonra sərxoş sürücü 6 ayını həbsxana divarları arasında keçirir.

Yeniyetmələrə siqaret və içki satan mağazanın rəhbərini cərimələyib, bir illik həbsxanaya göndərirlər.

Tualetdən istifadə ilə də bağlı qadağalar var. Deyilənə görə, əvvəllər ictimai tualetlərə girən hər 4 nəfərdən 3-ü unitazın məlum düyməsini basmadan çıxırmış. Buna görə 600 dollar cərimə tətbiq olunandan sonra Sinqapurda tualetlər də küçələr kimi tər-təmiz olub.

# 3018 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
menu pen all_news