Dahi filosof: “Azadlığa məhkumsunuz”

Dahi filosof: “Azadlığa məhkumsunuz”
calendar 21 iyun 2014
clock 08:00

21 iyun 1905-ci ildə böyük fransız yazıçısı, filosofu Jan Pol Sartr dünyaya gəlib.

Kulis.az Sartrdan seçmə sitatları təqdim edir.

Biz ona görə qəhrəman rolu oynayırıq ki, qorxağıq, müqəddəs rolu oynamağımızın səbəbi odur ki, quduzuq. Biz ona görə qatil rolu oynayırıq ki, ətrafımızdakıları öldürmək istəyi ilə alışıb-yanırıq.

İnsan sahib olduqlarının cəmi deyil, hələ reallaşdıra bilmədiklərinin cəmidir.

Müharibələri varlılar başlayır, yoxsullar ölür.

İnsan uğrunda ölümə belə getməyə hazır olacağı bir şey tapmadığı müddətcə insan deyildir.

Dostluq bir-biri haqqında hökm vermək deyil. Dostluq inanmaq deməkdir.

Ümidsizlik insanın özünə qarşı hazırlaya biləcəyi sui-qəsdlərin ən qorxulusudur. Ümidsizlik mənəvi intihardır.

Yalnızlıq – düşündüklərinizin beyninizin divarlarına çırpılıb təkrar içəridə qalmasıdır.

Ən böyük günah peşmanlıqdır.

Eşq – iki insanın şüurlarını birləşdirmə cəhdidir. Boş cəhddir, çünki insan öz şüuruna məhkumdur.

Var olmaq, susamadan su içmək kimi bir şeydir.

Həyat üç hissədən ibarətdir: dünyanı dəyişdirəcəyini sandığın, dəyişməyəcəyini başa düşdüyün və dünyanın səni dəyişdirdiyinə əmin olduğun.

İnsan azadlığa məhkumdur.

İntihar qaçış deyil, rədd etməkdir.

Düşüncə azadlığından məhrum olmaq, düşündüyünü söyləyə bilməmək yox, heç düşünə bilməməkdir.

Cəhənnəm başqalarıdır.

# 3230 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
menu pen all_news