Səməd Vurğun üçrəngli bayraqdan yazıbmış MÜNASİBƏT

Səməd Vurğun üçrəngli bayraqdan yazıbmış <span style="color:red;">MÜNASİBƏT
calendar 7 avqust 2014
clock 08:15

Xalq şairi Səməd Vurğunun yaradıcılığı və siyasi mövqeyi ilə bağlı Kulis.Az-da təşkil olunmuş debat saytımızın oxucuları arasında marağa səbəb olub.

Bu barədə fikirlərini bölüşən sabiq millət vəkili Alqış Həsənoğlu Səməd Vurğunla bağlı maraqlı faktlar açıqladı. O, bildirdi ki, S.Vurğuna bəslənilən fərdi münasibətlər o qədər də narahatlıq doğurmamalıdır. Adətən aşağılamaq məqsədi güdən bu cür fikir sahibləri bütün dövrlərdə olub və bir çox tanınmış şəxsiyyətlərə belə münasibətlər göstərilib. Bu, əslində məğlub yaddaşların sterik tutmalarından yaranır.

“Ən qorxulusu odur ki, vaxtilə Səməd Vurğunu sovet konyukturasına necə uyğunlaşdırmaq istəyirdilərsə, indi də müstəqillik konyukturasına uyğunlaşdırmaq istəyirlər.” – söyləyən Alqış Həsənoğlu şairin Azərbaycanın müstəqilliyinə münasibəti ilə bağlı da maraqlı faktlar söylədi: “80-ci illərin ortaları idi, Qərbi Azərbaycanın Mehri rayonunun Aldərə kənd məktəbinin qarşısında Səməd Vurğunun büstünün açılış mərasimi keçirilirdi. Həmin məktəb Səməd Vurğunun adını daşıyırdı... Bakıdan Yusif Səmədoğlu, Aybəniz Vəkilova, Hidayət Orucov, Çingiz Əlioğlu və başqa tanınmış adamlar gəlmişdi. Tədbir olan gün axşam bizim evdə atam dostları ilə söhbət edirdi. Kimsə dedi ki, Səməd Vurğun yaxşı şair idi, ancaq istedadını bütövlükdə ideologiyaya həsr etdi. Onda atam qalxıb Səmədin bir kitabını gətirdi. Orda “Üsyan” adlı bir poema vardı və həmin poemada Elxan obrazının mübarizəsindən söhbət gedirdi. Poemada belə bir misra vardı:

Üç rəngli bayrağı doqqazdan asmış...

Beləliklə hamımız vaxtı ilə müstəqil Azərbaycanın üç rəngli bayrağının olduğunu Səməd Vurğundan öyrəndik!”

Alqış müəllim daha sonra bildirdi ki, həmin poemanı nədənsə Səməd Vurğunun latın qrafikası ilə çap olunan beşcildliyinə daxil etmədilər: “Mənə elə gəlir ki, Səməd Vurğunu Sərdar Cəlaloğlu, Hikmət Hacızadə kimi fərdlərin nifrətindənsə konyuktur sevgidən qorumaq lazımdır. Çünki, o, bir qələm adamı olaraq heç bir konyukturaya sığmır. Səməd Vurğunu Səməd Vurğundan qorumağa ehtiyac yoxdur. Onun bütün əsərlərini olduğu kimi çap edib oxucunun müzakirəsinə buraxmaq lazımdır. Əminəm ki, ən ideoloji əsərindən də o, sənətkar kimi qalib çıxacaq.”

# 5837 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
menu pen all_news