“Cəfər Cabbarlı Mükafatı” təqdim olunub

“Cəfər Cabbarlı Mükafatı” təqdim olunub
calendar 18 sentyabr 2014
clock 09:56

Sentyabrın 16 da AYB-nin “Natavan” klubunda görkəmli dramaturq Cəfər Cabbarlının 115 illiyinə həsr olunmuş “Cəfər Cabbarlı Mükafatı”nın təqdimat mərasimi keçirilib. Kulis.az-ın Gənc Tamaşaçılar Teatrının mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, Mədəniyyət və Turizm İdarəsinin dəstəyi, Cəfər Cabbarlı adına Mədəniyyət, Elm və Təhsilin İnkişafına Yardım İctimai Birliyi və ədibin ev-muzeyinin təşkilatçılığı ilə həyata keçirilən tədbirdə mükafatlandırma mərasimi baş tutub.

Kino nominasiyasında yazıçı, ssenarist İlqar Fəhmi, xalq artistləri Səidə Quliyeva, Ağakişi Kazımov, Hacı İsmayılov, Məleykə Əsədova, ədəbiyyat nominasiyası üzrə filologiya elmləri doktoru və professorlar Gülşən Əliyeva-Kəngərli, Himalay Qasımov, Tahirə Məmməd, Fikrət Rzayev, jurnalistika nominasiyasında Zemfira Kürdəxanlı və şairə Zərəngiz Dəmirçi Qayalı, təhsil və mədəniyyət nominasiyası üzrə Azərbaycan klassik ədəbiyyatının gənc nəslə təbliğində xidmətlərinə görə Xatirə Həşimzadə (Xızı şəhəri), Əbilov adına mədəniyyət mərkəzinin bədii rəhbəri Mirəhməd Əsgərov mükafata layiq görülmüşlər. Mükafatın xüsusi diplomu Azərbaycan-Türkiyə ədəbi-mədəni əlaqələrinin inkişafında xidmətlərinə görə Fırat Universitetinin doktoru Süleyman Kaan Yalçına təqdim edilmişdir.

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının baş redaktoru, Əməkdar Mədəniyyət İşçisi Səriyyə İsmayılova Azərbaycan mədəniyyətinin təbliğindəki xidmətlərinə görə sözügedən mükafata layiq görülmüşdür.

Mərasimin sonunda muzeyin direktoru Qəmər Seyfəddinqızı çıxış edərək mükafat alanları təbrik etmişdir.

Məlumat üçün bildirək ki, “Cəfər Cabbarlı Mükafatı” ilk dəfə C.Cabbarlı Ev Muzeyinin layihəsi əsasında “C.Cabbarlı adına mədəniyyət, elm və təhsilin inkişafına yardım ictimai birliyi”nin iştirakı və “BP” şirkətinin sponsorluğu ilə 2001-ci ildə təsis olunmuşdur.

# 2285 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
Norma
Norma
menu pen all_news