Tanınmış azərbaycanlı rejissor vəfat edib

Tanınmış azərbaycanlı rejissor vəfat edib
calendar 2 dekabr 2014
clock 12:22

Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrının rejissoru, respublikanın əməkdar incəsənət xadimi Baba Rzayev bu gün səhər saatlarında 72 yaşında vəfat edib.

APA-nın cənub bürosunun məlumatına görə, mərhumla vidalaşma mərasimi günün ikinci yarısında teatrda keçiriləcək.

Qeyd edək ki, B. Rzayev 1942-ci ildə Lerik rayonunun Çayrud kəndində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini və A.B.Lunaçarski adına Moskva Dövlət Teatr İnstitutunu bitirib. 1974-cü ildən Lənkəran Dövlət Dram Teatrında aktyor kimi əmək fəaliyyətinə başlayan B.Rzayev sonra quruluşçu rejissor vəzifəsində çalışıb.

1983-cü ildə teatrın baş rejissoru vəzifəsinə təyin olunan B.Rzayev 80-dən çox tamaşaya səhnə həyatı verib. Onun quruluş verdiyi C. Məmmədquluzadənin “Ölülər” və Ü.Hacıbəyovun “Olanlardan-keçənlərdən” tamaşaları Azərbaycan Dövlət Televiziyasının qızıl fonduna daxil edilib.

B. Rzayev dramaturq kimi də qələmini sınayıb. Onun yazdığı “Ağlayaq, yoxsa gülək?”, “Şeyx Zahid Gilani”, “Qəhrəmanlıq xronikası”, “Məhəbbət və ölüm” əsərləri teatrda müvəffəqiyyətlə tamaşaya qoyulub. B. Rzayev həmçinin C.Məmmədquluzadənin “Acı xatirələr”, Ə.Nesinin “İntihar”, M.C.Paşayevin “Yolumuz hayanadır?”, Ü.Hacıbəyovun “Olanlardan-keçənlərdən” əsərlərinin səhnə variantının müəllifi olub. Teatr və mədəniyyət məsələlərindən bəhs edən beş kitabı çapdan çıxıb.

1989-cu il mayın 17-də teatr sahəsində qazandığı nailiyyətlərə görə, əməkdar incəsənət xadimi fəxri adına layiq görülüb.

B. Rzayev son iki ildə teatrda aparıcı səhnə ustası kimi çalışmaqla yanaşı, “Ümid” teatr studiyasının pedaqoqu kimi fəaliyyət göstərib.

# 1622 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
Norma
Norma
menu pen all_news