Azərbaycanlı aktyor Türkiyədə mükafat aldı

Azərbaycanlı aktyor Türkiyədə mükafat aldı
calendar 2 sentyabr 2015
clock 16:21

Əməkdar artist Nofəl Vəliyev Türkiyədə mükafat alıb. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının mətbuat xidmətindən Kulisə verilən məlumata görə o, “Ən yaxşı rejissor işi” və “Türkiyə xaricində mükafata layiq görülən teatrlar” nominasiyalarında mükafata layiq görülüb.

18-23 avqust tarixlərində Türkiyənin Bursa şəhərinin Mudanya bölgəsində “Teatr tətili” yay məktəbində iştirak edən aktyor bu il yaradılan və Türkiyənin müxtəlif şəhərlərindən məşhur teatr mütəxəssislərinin iştirak etdiyi məktəbdə ustad dərsləri ilə çıxış edib.

2014-2015-ci illər teatr mövsümü ərzində İstanbulda nümayiş etdirilən tamaşaların yozumu və aktyor oyununu qiymətləndirən Türkiyənin nüfuzlu "XV Direklerarası Seyirci Ödülləri" qurumunun qərarı ilə Nofəl Vəliyev iki nominasiya ilə mükafatlandırılıb.

“Ən yaxşı rejissor işi” nominasiyası üzrə mükafata aktyorun ötən mövsüm Türkiyə Cumhuriyyətinin Antaliya Böyükşəhər Bələdiyyə Teatrında Pərvin Ünalpın “Gec qalanlar” əsəri əsasında hazırladığı eyniadlı tamaşa layiq görülüb.

“Türkiyə xaricində mükafata layiq görülən teatrlar” nominasiyası çərçivəsində növbəti mükafata isə cari ilin may ayında Türkiyə Cumhuriyyəti Dənizli şəhərində keçirilmiş Beynəlxalq Teatr Festivalında nümayiş etdirilən “Qaçaq qocalar” tamaşası layiq görülüb.

Xatırladaq ki, sözügedən tamaşa ötən mövsüm Azərbaycan Teatr Xadimləri İttifaqının nəzdində fəaliyyət göstərən “Rejissorluq emalatxanası”nda Nofəl Vəliyev tərəfindən hazırlanıb.

# 1530 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
Norma
Norma
menu pen all_news