Maqomayevə həsr edilmiş yaradıcılıq gecəsi

Maqomayevə həsr edilmiş yaradıcılıq gecəsi
calendar 13 sentyabr 2017
clock 11:26

SSRİ Xalq Artisti Müslüm Maqomayevin anadan olmasının 75 illiyi münasibətilə Bakıdakı Rusiya İnformasiya və Mədəniyyət Mərkəzində (RİMM) gənc ifaçıların yaradıcılıq gecəsi keçirilib. Tədbir iştirakçıları əvvəlcə Müslüm Maqomayevin həyat və yaradıcılıq yolundan bəhs edən sərgi ilə tanış olublar.

“Rossotrudniçestvo” Agentliyinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Valentin Denisov tədbirdə çıxış edərək dünya şöhrətli müğənni və bəstəkar Müslüm Maqomayevin musiqi mədəniyyətinə töhfələrindən danışıb. Vurğulayıb ki, 1962-ci ildə Helsinki şəhərində Gənclərin və Tələbələrin VIII Ümumdünya Festivalındakı uğurlu çıxışı Müslüm Maqomayevə geniş şöhrət gətirib.

Yaradıcılıq gecəsində Azərbaycan Dövlət İqtisad Universitetinin tələbəsi Aslan Əzimzadə, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbəsi Orxan Cəlilov və akademiyanın məzunu Ramil Hüseynli Müslüm Maqomayevin repertuarından əsərlər səsləndiriblər. /azertag.az/

# 1049 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
Norma
Norma
menu pen all_news