Üzeyir Hacıbəylinin məzarı ziyarət olunub - FOTO

Üzeyir Hacıbəylinin məzarı ziyarət olunub - <span style="color:red;">FOTO
calendar 18 sentyabr 2017
clock 11:40

Milli Musiqi günü münasibətilə ilə mədəniyyət və incəsənət xadimləri l Fəxri xiyabanda Üzeyir Hacıbəylinin məzarını ziyarət ediblər.

APA-nın məlumatına görə, mərasimdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, nazir müavini Ədalət Vəliyev, Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli, musiqiçilər, incəsənət xadimləri iştirak ediblər.

Nazir Əbülfəs Qarayev bildirib ki, hər il ənənəvi olaraq keçirilən Milli Musiqi Günü Azərbaycanda musiqi bayramına çevrildiyini qeyd edib: "Üzeyir bəyin adı Azərbaycan musiqi tarixinə qızıl hərflərlə yazılıb. Onun yaratdığı musiqilər təkcə Azərbaycan yox, ölkəmizin hüdudlarından kənarda da böyük uğurla səslənir. Onun tarixdə qoyduğu iz heç nə ilə müqayisə oluna bilməz. Azərbaycan milli mədəni sərvətlərini musiqi dili ilə çatdırmağı bacaran və onu dünyada tanıdan Üzeyir musiqisi bu gün bəşəriyyətin ən uca musiqi nümunələri siyahısındadır. Bu il də Milli Musiqi Günü münasibəti ilə bir sıra geniş musiqi tədbirləri keçiriləcək".

Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli Milli Musiqi Günün keçirilməsinin əhəmiyyətindən danışıb, Üzeyir Hacıbəylinin yaratdığı zəngin irsə nəzər salıb. Onun sözlərinə görə, hər il dünyanın müxtəlif ölkələrindən gələn musiqiçilər Azərbaycan mədəniyyəti ilə daha yaxından tanış olmaq imkanı qazanır.

Tədbir Milli Konservatariyada davam etdirilib.

Qeyd edək ki, Heydər Əliyev Fondunun və Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə 18-26 sentyabr tarixində Üzeyir Hacıbəyliyə həsr olunmuş IX Beynəlxalq Musiqi Festivalı da keçiriləcək.

Festivalda Almaniya, Rusiya, Türkiyə, Gürcüstan, Fransa, Bolqarıstan, Ukrayna, İrandan tanınmış musiqiçilər və kollektivlər – Yeni Münhen Filarmonik orkestri, Novosibirsk Filarmonik Orkestri, Rusiya Fortepiano Triosu, Başkənd Akademik Orkestri, Gürcüstan xoru, Eliso Bolkvadze, Plamena Manqova, Aleksey Semenenko, Sergey Doqadin, Boris Andrianov, Filipp Kopaçevski, Ertu Korkmaz, Berdiya Kiyares və başqaları iştirak edəcəklər.

# 1179 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
menu pen all_news