Məşhur Azərbaycan hekayəsinə sərgi həsr olundu

Məşhur Azərbaycan hekayəsinə sərgi həsr olundu
calendar 26 yanvar 2018
clock 12:08

Bakıda yazıçı Afaq Məsudun “Sərçələr” hekayəsinin motivlərinə həsr edilmiş rəsm sərgisi açılıb.

Kulis.az-ın verdiyi xəbərə görə, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun və Binəqədi rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə açılan sərgidə Azərbaycan Dövlət Rəssamlar Akademiyasının tələbələrinin işlədiyi əsərlər təqdim olunub.

“Xəyalımın illustrasiyaları” adlanan sərginin açılış mərasimində çıxış edən Gənc Psixoloqlar İctimai Birliyinin idarə heyətinin üzvü Aytac Abbasbəyli layihə barədə geniş məlumat verərək, bir-birindən fərqli səhnələri ifadə edən bu tabloların bütövlükdə “Sərçələr” əsərinin tam görüntüsünü yaratdığını, sərgiyə toplanan izləyicilərin bu rəsmlərlə sanki əsərə vizual səyahət etmiş olduğunu bildirib.

Xalq rəssamı Arif Hüseynovsa ədəbiyyatın rəssamlıqla vəhdətinin maraqlı hadisə olduğunu və gələcəkdə A.Məsudun digər əsərlərinin də illüstrasiyalarından ibarət sərgilərin təşkil olunmasının izləyicilərdə böyük maraq doğuracağını qeyd edib. O, yazıçının yaradıcılığı, əsərlərinin fəlsəfi və psixoloji gücü haqqında danışıb: “Afaq Məsudun bir əsəri – onu eyni zamanda müxtəlif rəssamların ifadə etməyinə imkan yaradır. Bu gün burada sərgilənən əsərlər “Sərçələr” hekayəsinin yaratdığı müxtəlif səhnələrin toplusudur. Mən düşünürəm ki, rəssamların sayı nə qədər artsa da, bu əsərdən doğan səhnələrin sayı heç vaxt tükənməyəcək”.

Açılış tədbirində Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəis müavini Sevinc Süleymanova, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının müəllimləri də çıxış ediblər.

Daha sonra söz gənc rəssamlara verilib. Onlar əsəri təhlil edərək fikirlərini bölüşüblər. Sərginin sonunda gənc rəssamlara sertifikatlar verilib, I, II və III yerin qalibləri seçilib.

I yerə Binnətova Kübra, II yerə Məmmədov İskəndər, III yerə Saatova Zöhrə layiq görülüb.

Qeyd edək ki, sərgi fevralın 1-nə qədər Binəqədi Gənclər Evində davam edəcək.

# 1160 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
Norma
Norma
menu pen all_news