Rəssam Əşrəf Muradın sərgisi keçiriləcək

Rəssam Əşrəf Muradın  sərgisi keçiriləcək
calendar 11 mart 2019
clock 10:51

16 mart – 16 iyun tarixlərində nonkonformist rəssam Əşrəf Muradın "Sevgi və etiraz" adlı ilk genişmiqyaslı retrospektiv sərgisi keçiriləcək.

ONA xəbər verir ki, sərgini YARAT Müasir İncəsənət Məkanı təqdim edir.

Sərgi həm Azərbaycanın, həm də xarici ölkələrin fərdi və ictimai kolleksiyalarında saxlanılan əsərlərdən toplanıb, bir çoxları geniş ictimaiyyətə ilk dəfə təqdim olunacaq.

Sərgi 50-dən çox əsərlə rəssamın yaradıcılığının tam spektrini əhatə edir, bir çox rəsmləri, eskizi, albom qaralamaları, rəngkarlıq nümunələri, eləcə də fotoşəkilləri və digər materialları bir araya gətirir.

Əşrəf Muradın 1950-ci illərin sonlarından başlayaraq ölümünə qədər (1979-cu il) yaratdığı əsərləri özündə cəmləşdirən ekspozisiya sənətkarı möhtəşəm realist rəssam və dövrünün siyasi mühitinin həssas təfsirçisi kimi təqdim edir.

Sərgidə Əşrəf Muradın R.Mustafayev adına Azərbaycan Milli İncəsənət Muzeyində, Azərbaycan Dövlət Rəsm Qalereyasında, Azərbaycan Rəssamlar İttifaqında, Müasir İncəsənət Muzeyində (Bakı), Nar qalereyasında, eləcə Fərhad Əhmədovun, Fərhad Xəlilovun, Rəşad Babayevin, Elçin Səfərovun, Xəyyam Mirzəzadənin kolleksiyalarında yer almış əsərləri və Ramiz Abutalıbovun, Rafael Gülməmmədovun və Vüqar Muradovun arxivlərindən rəssama aid materiallar nümayiş olunur.

Sərgi XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyində keçiriləcək.

# 2127 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
menu pen all_news