Argentinada yazıçılar ayda 900 dollar alır

Argentinada yazıçılar ayda 900 dollar alır
calendar 11 sentyabr 2012
clock 06:00

Buenos - Ayres – bu şəhər, gecə yarısından sonra bağlanmayan bukinistlər, Xorxe Luis Borxes, Kartasar kimi ədəbiyyat əfsanələrinin bir vaxtlar gəzdiyi geniş küçələr və Dantenin “İlahi komediya”sından təsirlənən “Palasio Baralo” adlı neoqot göydələniylə məşhurdur.

Yazıçıların bu şəhərdə yaşamağı üçün yeni səbəb var: aylıq təqaüd. Argentina hökuməti əsərləri çap olunmuş yazıçılara təqaüd ayırıb. Bu, 2009-cu ildə qəbul edilən və məqsədi “cəmiyyətin onurğasını gücləndirmək” olan proqram çərçivəsində edilib. Qanun qüvvəyə mindikdən sonra 80-dən artıq yazıçıya təqaüd ayrılıb.

71 yaşlı Alberto Layseka 12-dən artıq qorxulu əsərin müəllifidir. Layseka deyir ki, bu, möhtəşəm proqramdır və həyatını ədəbiyyata həsr etmiş insanların şərəfli şəkildə yaşamalarına dəstək verir.

Təqaüdlər ispan dilində danışan dünyanın əsas ədəbi mərkəzlərindən olan Argentina ədəbiyyatını zənginləşməsinə yardımçı olur. Argentina ədəbiyyatı deyəndə ağıla gələn ilk ad geniş oxucu kütləsi toplamış qısa hekayələr müəllifi, şair Borxesdir. Argentina, XIX əsrdə yaşamış Latın Amerikası ədəbiyyatının görkəmli nümayəndəsi, “Fakundo: Sivilizasiya və Barbarlıq” kimi klassik əsərin müəllifi Dominqo Faustino Sarmiento ilə də fəxr edir. Sarmiento Argentinanın yeddinci prezidenti də olub.

Argentina XX əsrdə Roberto Arlt, Ernesto Sabato kimi dünyada ad qazanmış xeyli romançı yetişdirib. Qısa müddət əvvəl “Qranta” jurnalı, ispan dilində roman yazan ən yaxşı iyirmi iki gənci seçib və bunlardan səkkizi argentinalıdır.

Ədəbi təqaüd almağın çox sərt şərtləri var. Yazıçının 60 yaşı olmalı və tanınmış nəşriyyatlarda 5 kitabını çap etdirməlidirlər. Yazıçıların təqaüdü bələdiyyə işçilərinin maaşına bərabərdir.

Argentina Yazıçılar Birliyinin sədri, şair Qrasila Araoz bildirib ki, biz buna təqaüd demirik: “Oxumaq dövrümüzdə insanların zombiləşməyinin qarşısını alır və ayırlan pul bu işi gücləndirməyə xidmət edir”.

# 2210 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
menu pen all_news