Nəsiminin yubileyi ilə bağlı növbəti sərgi

Nəsiminin yubileyi ilə bağlı növbəti sərgi
calendar 4 oktyabr 2019
clock 18:24

Nəsiminin yubileyi ilə bağlı növbəti sərgi

Oktyabrın 4-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Nizami rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi 4 nömrəli filial ilə birgə 242 nömrəli tam orta məktəbdə İmadəddin Nəsiminin anadan olmasının 650 illik yubileyi ilə əlaqədar kitab sərgisi təşkil edib.

Kitab sərgisində məktəbin müəllim və şagirdləri, valideynlər, kitabxananın əməkdaşları iştirak ediblər.

Sərgidə Azərbaycan xalqının ümumbəşəri mədəniyyətə bəxş etdiyi qüdrətli söz ustası Nəsiminin doğma dilimizdə qələmə aldığı ictimai və fəlsəfi şeirləri, seçilmiş əsərləri, qəzəlləri və s. kitablar nümayiş etdirilib. Bununla bərabər, məktəblilər üçün 200-ə yaxın elmin bütün sahələrindən bəhs edən kitablar sərgilənib.

Uşaqların, məktəblilərin intellektual səviyyəsini yüksəltmək, onların mütaliəyə marağını gücləndirmək imkanı daha çox kitabxanaçıların fəaliyyəti ilə bağlıdır. Buna görə də kitabxana əməkdaşları mütəmadi olaraq kitab sərgiləri, mütaliə saatları təşkil edərək oxucuları kitabxanaya cəlb edirlər.

Təşkil olunmuş sərgi öz məna və məzmununa görə məktəblilərin zövqünü oxşayıb, valideynlər və şagirdlər, məktəb kollektivi tərəfindən böyük rəğbətlə qarşılanıb.

Sərginin təşkil olunmasında məqsəd böyüməkdə olan gənc nəslin intellektual inkişafında kitabın rolunu artırmaq, mütaliəyə həvəsləndirmək, vətənə sevgi, dostluq, düzgünlük kimi keyfiyyətləri aşılamaqdır./azertag.az/

# 1966 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
Norma
Norma
menu pen all_news