Türkiyəli müğənni Füzulinin şeirini oxudu

Türkiyəli müğənni Füzulinin şeirini oxudu
calendar 18 mart 2013
clock 10:23

Türkiyənin məşhur müğənnisi Halil Sezai dinləyicilərinə təqdim etdiyi son albomunda Azərbaycanın klassik şairi Füzulinin yaradıcılığına müraciət edib.

“Qafqazinfo”nun məlumatına görə, ümumilikdə 14 bəstənin yer aldığı “Ey aşk” adlanan albomda musiqi və şerlərin əksəriyyəti müğənninin özünə məxsusdur. Halil Sezainin albomunda yer alan “Aşk Yakar” mahnısı isə Füzulinin “Can vermə qəmi-eşqə ki, eşq afəti-candır...” misrası ilə başlayan və şairin “Leyli və Məcnun“ poemasında yer alan qəzəlidir.

Can vermə qəmi-eşqə ki, eşq afəti-candır,
Eşq afəti-can olduğu məşhuri-cahandır!

Sud istəmə sövdayi-qəmi-eşqdə hərgiz!
Kim, hasili-sövdayi-qəmi-eşq ziyandır!

Hər əbruyi-xəm qətlinə bir xəncəri-xunriz,
Hər zülfi-siyəh qəsdinə bir əfi ilandır!

Yaxşı görünür surəti məhvəşlərin, əmma
Yaxşı nəzər etdikdə, sərəncamı yamandır!

Eşq içrə əzab olduğun ondan bilirəm kim,
Hər kimsə ki, aşiqdir, işi ahü fəğandır!

Yad etmə qara gözlülərin mərdümi-çeşmin,
Mərdüm deyib aldanma kim, içdikləri qandır!

Gər dersə Füzuli ki: "Gözəllərdə vəfa var"
Aldanma ki, şair sözü, əlbəttə, yalandır

Qeyd edək ki, Halil Sezainin gələn ay Bakıya səfəri gözlənilir.

# 3471 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
menu pen all_news