“Dünyanı 140 simvolla da dəyişmək olar”

“Dünyanı 140 simvolla da dəyişmək olar”
calendar 27 mart 2013
clock 08:30

2006-cı ildə “ofisdə əlaqə qurmaq üçün” qurulan “Twitter”in bu ay artıq yeddi yaşı olur. 200 milyondan çox istifadəçisi olan bu sosial şəbəkə haqqında nələri bilirik?

1. “Twitter”in ideyası 2006-cı ildə “Odeo” adlı şirkətin iclasında ortaya çıxıb. Yaradılma məqsədi şirkət işçiləri arasında xəbərləşmə, əlaqə yaratmaq olub. Həmin ilin ortalarında ictimailəşməyə başlayan şəbəkə 2007-ci ildə “South by Southwest” festivalında, iştirakçıların göndərdiyi tvitlərin böyük ekranda göstərilməsindən sonra sürətlə istifadə olunmağa başlanıb.

2. “Twitter” Cek, Biz, Noa, Kristal, Ceremi, Adam, Toni, İv, Dom, Rebl, Florian, Tim və Bleyn olan 14 dostun birgə səyi ilə San Fransiskoda qurulub. Cekin şəbəkə haqda ideyası çox sadə idi – insanlar getdiyi klubu, restoranı, etdiyi işi yazacaqdı. Dostların da dəstəyi ilə ideya reallaşıb.

3. İlk qurulduğu dövrlərdə “Twitter”də simvol limiti olmayıb, 2007-ci ildə Cek: “Dünyanı 140 simvolla da dəyişmək olar”, - deyərək tvitlərə limit qoyub.

4. “Twitter” işçilərin də xahişi ilə San Fransiskoda qalmağa və şəhərin ən populyar bölgəsində olan binaya 2012-ci ilin ortalarında köçməyə qərar verib. 18 min kvadrat metr sahəsi olan binada 1200 şəbəkə işçisi işləyir. Hər işçiyə adambaşına təxminən 18 kvadrat metr sahə düşür.

5. Burada ən çox izləyici - 36 milyonla müğənni Castin Biberə aiddir. Ən çox tviti isə @yougakduan_00 adlı yapon bir qız yazıb. İndiyədək 36,402,262 tvit yazan gənc “Twitter” rəhbərliyinin də diqqətini çəkib.

6. “Twitter”in hər yerdə gördüyümüz sevimli mavi quşunun adı Larridir. Bu ad həmin quşa “Boston Celtics” basketbol komandasının əfsanəvi oyunçusu Larri Börddən (bird – ingiliscə quş deməkdir) təsirlənərək verilib.

7. “Twitter” heç vaxt heç kimi retvit etmir, ən böhranlı vaxtlarda belə online cavab yazmır, sosial mediada, yaxud mobil telefonlarda reklam yerləşdirmir.

# 2352 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
Norma
Norma
menu pen all_news