Bizdə “İtalyansayağı xoşbəxtlik” olacaq

Bizdə “İtalyansayağı xoşbəxtlik” olacaq
calendar 31 may 2013
clock 13:05

Gənc Tamaşaçılar Teatrında iki yeni tamaşanın premyerasına hazırlaşır. Teatrdan Kulis.az-a verilən xəbərə görə, hazırlıq işləri yekunlaşmaqda olan ilk səhnə əsəri görkəmli italyan dramaturqları Dario Fonun “Markolfa” və Pepino de Filipponun “Don Raffael Tranbomçu” əsərlərinin motivləri əsasında “İtalyansayağı xoşbəxtlik” tamaşasıdır. Tamaşaya xalq artisti Cənnət Səlimova quruluş verib.

Tamaşanın bədii tərtibatçısı Zəminə Orucova, musiqi tərtibatçısı İradə Muradova, tryukların quruluşçusu İsa Əsədovdur. əsas rollarda Şövqi Hüseynov və Gülər Nəbiyeva çıxış edəcəklər. Tamaşanın baxışı iyun ayının 6-a nəzərdə tutulub.

Növbəti tamaşa məktəblilərin yay tətilinə planlaşdırılır.

Bu dəfə teatr “Balaca və damda yaşayan Karlson”u öz tamaşaçılarına təqdim edəcək. Məşhur İsveç yazarı Astrid Lindqrenin eyniadlı pyesi əsasında hazırlanan tamaşanın quruluşçu rejissoru Ukraynalı rejissor Tatyana Şevçenko, quruluşçu rəssamı Yelena Karpenko, baletmeyesteri Yekaterina Moreva, musiqi tərtibatçısı İradə Muradovadır.

“Balaca və damda yaşayan Karlson” tamaşasının isə iyun ayının 27-ndə keçirilməsi planlaşdırılıb.

# 2088 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
Norma
Norma
menu pen all_news