Əsəd Cahangir: "Mənə cavab verməsəniz..."

Əsəd Cahangir: "Mənə cavab verməsəniz..."
calendar 27 iyul 2013
clock 12:17

Tənqidçi Əsəd Cahangirlə yazıçı Kamal Abdullanın polemikasına qoşulan növbəti yazar Kəramət Böyükçöl olüb. O, “Qafqazinfo”ya göndərdiyi reaksiyasında Əsəd Cahangirin ünvanına sərt ifadələr işlədib. “Qafqazinfo”ya açıqlama verən Əsəd Cahangirin də cavabı özünü çox gözlətməyib:

“Kamal Abdulla, siz mənim haqqımda yazı yazdınız, mən də sizin layiqli cavabınızı verdim. İşçilərinizi və muzdlu xəbərdaşıyanlarınızı bizim aramızda olan bu münaqişəyə cəlb etməklə ictimaiyyətin diqqətini əsas məsələdən - “Yarımçıq əlyazma” romanınızdan yayındırmağa çalışmayın. Bu çox köhnə və primitiv üsuldur. Öz şantajınızda yeni metodlardan istifadə edin, axı siz modernist də yox, hətta postmodernist yazıçısınız.

Döyüşün də, oyunun da qaydaları var. Cavab gəlməlidir ki, cavab verəsən. Bu vaxtacan kabinetinizdə eşitdiyiniz böhtan xarakterli donosları ictimailəşdirməklə məni çayxana dedi-qodularına cəlb etmək istəyirsiniz? Alınmayacaq! Əgər gücünüz və haqqınız çatırsa, özünüz mənə cavab yazın ki, romanınız barədə son yazımı yazım və bununla da məsələ xətm olsun. Əgər cavab verməsəniz, bunu sizin qorxaqlığınız və öz məğlubiyyətinizi dolayı yolla etiraf etməniz kimi qiymətləndirəcəm. Və sübut olunacaq ki, sadəcə antik yox, postmodern Kamal mifinin də sonu çatıb”.

# 3014 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
menu pen all_news