Türklərdən Üzeyir Hacıbəyova BÖYÜK XƏYANƏT

Türklərdən Üzeyir Hacıbəyova BÖYÜK XƏYANƏT
calendar 6 may 2014
clock 15:00

Erməni aşıq Sayat Novanın əsərləri türkcə çap olunacaq.

Kulis.Az-ın "Sabah" qəzetinə istinadən verdiyi məlumata görə Türkiyə Mədəniyyət Nazirliyi tərəfindən nəşr ediləcək kitab Türkiyə tarixində dövlət tərəfindən ermənicədən tərcümə olunmuş ilk əsər olacaq.

Sayat Novanın şeirləri erməni tərcüməçilər tərəfindən tərcümə olunacaq. Kitabda şeirlər həm ermənicə, həm də türkcə veriləcək. Kitabın iyun ayında çap olunması planlaşdırılır. Nazirlik daha əvvəl də kürdlərin məşhur “Məmu-Zin” əsərini türkcə nəşr etmişdi.

XVIII əsrdə yaşamış Sayat Novanı ermənilər “Ermənistanın Yunis Əmrə”si adlandırırlar.

Sayt yazır ki, Türkiyədə və Azərbaycanda “Çırpınırdı Qara dəniz” kimi tanınan məşhur mahnının musiqisini ilk dəfə Sayat Nova “Kamança” adı ilə ifa edib. Hətta bəzən ermənicə də oxunan bu musiqini dinləyənlər “Çırpınırdı Qara dəniz” mahnısının oxunduğunu düşünürlər. Saytın məntiqindən belə anlaşılır ki, böyük bəstəkarımız Üzeyir Hacıbəyov Əhməd Cavadın eyni adlı şeirinə bəstələdiyi musiqidə, yumşaq desək, Sayat Novadan bəhrələnib.

Erməni, Azərbaycan və gürcü dillərində yazmış Sayat Nova 1712-ci ildə yoxsul bir ailədə dünyada gəlib. Əsl adı Harutyun Sayatian olan aşıq daha çox “Sayat Nova” (“mahnı ovçusu”) adıyla tanınır. Sayat Novanın günümüzə 220-yə yaxın şeir və musiqiləri gəlib çatıb.

# 6520 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
Norma
Norma
menu pen all_news