Xumar Qədimova ilə Rəşad Məcidin qadını

Xumar Qədimova ilə Rəşad Məcidin qadını
calendar 1 oktyabr 2014
clock 11:42

Sentybarın 30-da Beynəlxalq Mətbuat Mərkəzində (BMM) müğənni Xumar Qədimovanın Rəşad Məcidin sözlərinə yazılmış yeni mahnısının təqdimat mərasimi keçirilib. Kulis.Azın məlumatına görə mahnı “Bir də gəlməyəcək mən tək qadın” adlanır.


Azərbaycan Yazıçılar Birliyinin katibi, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid mərasimi açıq elan edərək mahnının yaranma tarixçəsindən, X.Qədimovanın sənətindən bəhs edib. O, Xumar Qədimovanın öz dünyasının, fərqli səviyyəsinin olduğunu bildirib: “Bu şeiri 2011-ci ildə yazmışdım. Fikirləşirdim ki, bu sözlərə nəğmə qoşmaq çətin alınar. Amma Xumar xanım bunu eləyə bildi".

Xumar Qədimova isə çıxışında Rəşad Məcidin səmimi insan olduğunu, bu səmimiyyətin onun şeirlərində də öz əksini tapdığını vurğulayıb: “Rəşad müəllim mahnıya qulaq asanda təəccübləndi. O, ağlına gətirmirdi ki, mənim seçimim bu şeir üzərində olacaq. Mən heç vaxt mahnılarıma təqdimat keçirməmişəm. Bu təqdimatın keçirilməsini Rəşad Məcid istədi. Bu bəstədə hər bir insanın həyatında baş verə biləcək sevgidən bəhs edilib".

Daha sonra millət vəkilləri Aqil Abbas və Jalə Əliyeva, “Ədalət” qəzetinin baş redaktoru, yazıçı-publisist İradə Tuncay, “Xalq cəbhəsi” qəzetinin baş redaktoru, şair-publisist Elçin Mirzəbəyli, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı, aparıcı Rövşanə Bektaşi, jurnalist Anar Yusifoğlu və digərləri çıxış edib.

# 2133 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
menu pen all_news