Balaca döşlü qadınlar pornoya çəkilə bilməz

Balaca döşlü qadınlar pornoya çəkilə bilməz
calendar 24 yanvar 2015
clock 08:45

Kulis.az müxtəlif ölkələrdə mövcud olan qeyri-adi qadağaları təqdim edir.

- Türkmənistanın keçmiş prezidenti Saparmurat Niyazov 2005-ci ildə göstəriş vermişdi ki, müğənnilərin fonoqram oxumağı qadağan edilsin. Bu qadağa kütləvi tədbirlərə və televiziya çıxışlarına aiddir. Bu ölkədə opera və balet də qadağan edilmişdi.

- Rumıniya lideri Nikolae Çauşesku skrebbl oynamağı qadağan etmişdi. Onun fikrincə bu oyun “pisniyyətli” xarakterə daşıyırdı. İndi bu qadağa ləğv edilib və ölkədə Skrebbla Federasiyası var.

- Bütün dünyada məşhur olan “Kinder sürpriz” şokoladı ABŞ-da qadağandır. Səbəb isə onun içindəki oyuncağının udula, boğaza gedə biləcəyi təhlükəsidir. Burda hətta Kanadadan “Kinder sürpriz” alıb ABŞ-a gələnlər arasında həbs edilənlər də olub.

- İranda kişilərə quyruq kimi saç uzatmaq qadağandır. 2010-cu ildə bu ölkədə kişilər üçün saç düzümlərinin formaları dərc olunub. Saçın yanlardan və qabaqdan kəsilib arxadan quyruq kimi uzadılmasına icazə verilmir.

- Avstraliyada balaca döşlü qadınların porno filmlərə çəkilməsi qadağandır. Bu qadağa onunla izah olunur ki, sinəsi balaca olan qızların belə filmlərə çəkilməsi pedofiliyanın yayılmasına gətirib çıxara bilər.

- Sinqapurda saqqız qadağandır. Amma birbaşa saqqız çeynəmək qadağan edilmir. Sadəcə ölkəyə idxalına və satışına qadağa qoyulub. Kim tapsa, çeynəyə bilər. Qadağa 1992-ci ildə qoyulub. Səbəb isə yerli sakinlərdən birinin qatarın qapılarını saqqızla yapışdırması və qəza şəraitinin yaranmasına gətirib çıxarmasıdır.

- Aktrisa Kler Deynsin filmləri Filippinin Manila şəhərində qadağan edilib. Çünki bu ölkədəki çəkilişlərdən sonra verdiyi müsahibədə Manila şəhəri haqda neqativ fikirlər səsləndirmişdi. Onun bütün filmləri burda qadağan edilib.

- Fransada 2008-ci ilə qədər Red Bull qadağan idi. Çünki onun tərkibindəki taurin adlı kimyəvi maddənin təhlükəli olduğu deyilirdi.

- Çində filmlərdə və televiziyada şoularında zamanda səyahət qadağan edilib. Çin hökuməti belə düşünür ki, zamanda səyahət səhnələri ciddi tarixi hadisələri yüngül formada interpretasiya edilməsinə gətirib çıxarır.

- Çində mavi rəngli cins geyinmək qadağandır. Qara rəng geyinmək olar. Çünki mavi rəng ABŞ-la assosiasiya olunur.

# 2784 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
menu pen all_news