Bob Dilan Obama ilə görüşdən də imtina etdi

Bob Dilan Obama ilə görüşdən də imtina etdi
calendar 1 dekabr 2016
clock 12:06

Bob Dilan 30 noyabrda Amerika prezidenti Barak Obamanın Nobel mükafatçıları ilə Vaşinqtonda keçiriləcək görüşünə getməyib. Kulis.Azın xarici mətbuata istinadən verdiyi xəbərə görə, məşhur rok ifaçısının bu qərarı təəccüblə qarşılanıb.

Ağ Evin rəsmi təmsilçisi Coş Ernost məsələ ilə bağlı bunları deyib: “Təəssüf ki, Bob Dilan Ağ Evdə olmayacaq, buna görə də hamı istirahət edə bilər”. Onun sözlərinə görə, Bob Dilan görüşdən imtina etmə səbəbinə heç bir açıqlama verməyib. Con Ernost onu da əlavə edib ki, Bob Dilan Obama ilə bir dəfə görüşüb və Amerika prezidenti bu görüşdən razı qalıb.

Bob Dilan bundan əvvəl Nobel mükafatının təqdimat mərasiminə də getməmiş və bu barədə İsveç Akademiyasına öz təəssüflərini bildirmişdi. Nobel mükafatını özünə şərəf bilən Bob Dilan proqramına uyğun gəlmədiyinə görə təqdimat mərasiminə getməkdən imtina edib.

2012-ci ildə Bob Dİlan Amerikanın ən yüksək fəxri adı olan "Azadlıq medalı" ilə təltif olunmuşdu. Bob Dİlan həmin mükafatın təqdimetmə mərasimində də iştirak edərək medalı Obamadan qəbul etmişdi.

Həmin görüşdən çəkilən videonu təqdim edirik.

# 1106 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
menu pen all_news