“Dəlinin qeydləri” “Hərarətli ürək”də...

“Dəlinin qeydləri” “Hərarətli ürək”də...
calendar 10 aprel 2017
clock 13:42

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının yaradıcı heyəti növbəti Beynəlxalq Teatr Festivalına hazırlaşır. Rusiya Federasiyasının İvanov vilayətinin Kineşma şəhərində keçiriləcək “Hərarətli ürək” (“Горячее сердце”) klassik Rus dramaturgiyası III Beynəlxalq Teatr Festivalında ölkəmiz N.V.Qoqolun “Dəlinin qeydləri” mono-tamaşası ilə təmsil olunacaq.

Həyata keçirilməsinin əsas məqsədi keçmiş teatr ənənələrini yenidən canlandırmaq, müxtəlif teatr məktəblərinin baxış və ideyaları ilə daha yaxından tanış olmaqla təcrübə mübadiləsini təmin etməyi hədəf seçən festival İvanov vilayəti rəhbərliyi, İvanov vilayətinin Mədəniyyət və Turizm Departamenti, A.N.Ostrovski adına Kineşma Dram Teatrının təşkilatçılığı ilə həyata keçirilir.

Aprel ayının 17-dən 25-dək davam edəcək festivalda teatrımızla yanaşı, “Sfera” Moskva dram teatrı, Perm Dövlət Gənc Tamaşaçılar Teatrı, A.N.Ostrovski adına Kineşma Dram Teatrı, M.Y.Lermontov adına Rus Dövlət Dram Teatrı, Moskva Yeni Dram Teatrı və başqa teatrlar iştirak edəcəklər.

Festivalda N.V.Qoqol, A.N.Ostrovski, L.N.Tolstoy, A.N.Tolstoy, F.M.Dostoyevski, İ.S.Turgenev və digər klassiklərin əsərləri əsasında hazırlanmış tamaşalar nümayiş etdiriləcək. 9 gün ərzində davam edəcək festivalda 10 səhnə əsəri göstəriləcək.

Məlumat üçün bildirək ki, teatrın istedadlı aktyoru, Əməkdar Artist Şövqi Hüseynovun ifasındakı tamaşa artıq bir neçə beynəlxalq teatr festivalında uğurla iştirak edərək xüsusi diplom və mükafatlara layiq görülüb.

Displaying ГОРЯЧЕЕ-СЕРДЦЕ-АФИША-1.jpg

# 1375 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
Norma
Norma
menu pen all_news