Gənclərimiz kino təhsili almağa göndəriləcək

Gənclərimiz kino təhsili almağa göndəriləcək
calendar 25 aprel 2017
clock 16:29

Ümumrusiya Kinematoqrafiya Universiteti (VQİK) ilə danışıqlar nəticəsində bir neçə kino ixtisası üzrə Mədəniyyət və Turizm Nazirliyinin vəsaiti hesabına bakalavr səviyyəsində rus dilində təhsil almaq üçün cari ildə gənclərin oxumağa göndərilməsi planlaşdırılır. Kino və televiziya rejissoru ixtisası üzrə 2, kinooperator 2, animasiya və kompüter qrafikası rejissoru ixtisası üzrə isə 1 yer ayrılıb.

AZƏRTAC xəbər verir ki, bu barədə aprelin 25-də Nizami Kino Mərkəzində keçirilmiş mətbuat konfransında iştirak edən Mədəniyyət və Turizm Nazirliyinin kinematoqrafiya şöbəsinin sektor müdiri Yusif Şeyxov və C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının direktoru Müşfiq Hətəmov məlumat verib.

Bildirib ki, mətbuat konfransının məqsədi KİV vasitəsilə ictimaiyyəti, o cümlədən kino sahəsi üzrə xaricdə təhsil almaq arzusunda olan gəncləri məlumatlandırmaqdır. Bu məqsədlə Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı və “Azərbaycanfilm” kinostudiyası həmin gənclərə müraciət edir.

Qeyd edilib ki, daha hazırlıqlı namizədləri müəyyən edib onları Moskvaya qəbul imtahanlarına göndərmək məqsədilə Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı və C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının iştirakı ilə seçim komissiyası yaradılıb. Namizədlər üçün məsləhət saatları təyin olunacaq.

Vurğulanıb ki, abituriyentlərdən lazım olan sənədləri - özləri haqqında məlumat, bioqrafik oçerk, həyat hadisəsi yazmaqları və bunları fotoşəkil daxil etməklə qovluqda Kinematoqrafçılar İttifaqı və “Azərbaycanfilm” kinostudiyasına təqdim etmələri tələb olunur.

Bildirilib ki, bu layihə “Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı”na əsasən həyata keçirilir. Vurğulanıb ki, əgər müraciət edənlər arasında istedadlı gənclər çox olarsa qəbul sayı artırıla bilər. Qeyd olunub ki, gələcəkdə digər ixtisaslar üzrə də gənclərin xarici ölkələrə təhsil almağa göndərilməsi planlaşdırılır.

Konfransda kino sahəsində kadr problemləri məsələlərinə də toxunulub. Mədəniyyət və Turizm Nazirliyi və “Azərbaycanfilm” kinostudiyası tərəfindən son illərdə gənclərin xaricə kurslara göndərildiyi diqqətə çatdırılaraq bildirilib ki, kino sahəsinin həm texniki, hə də bədii cəhətdən təkmilləşməsi bu sahəyə yeni mütəxəssislərin gəlməsini tələb edir.

# 1268 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
Norma
Norma
menu pen all_news