Bölgə teatrlarında kadr dəyişikliyi aparılıb

Bölgə teatrlarında kadr dəyişikliyi aparılıb
calendar 3 oktyabr 2017
clock 09:29

“Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramına uyğun olaraq teatr sahəsində aparılan islahatlar davam edir.

Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, proqramın icrası sayəsində paytaxtda və bölgələrdə teatr binaları müasir standartlara uyğun şəkildə yenidən qurulub, ünvanı olmayan teatrlara hüquqi ünvan verilib.

Qeyd olunub ki, bu gün teatrların maddi texniki bazası ilə yanaşı, yaradıcılıq sahəsinə də xüsusi diqqət ayrılır. Rejissorların teatrın inkişafında müstəsna xidmətləri nəzərə alınaraq davamlı olaraq kadr dəyişikliyi aparılır. Bu da teatrlarda repertuar zənginliyinə, fərqli teatr düşüncələrinin tamaşaçıya çatdırılmasına vəsilə olur. Bütün bunlar nəzərə alınaraq mədəniyyət və turizm nazirinin müvafiq əmrlərinə uyğun olaraq respublika teatrlarında kadr dəyişikliyi aparılıb. Əmrə əsasən, Namiq Qaffarov Şəki Dövlət Dram Teatrının direktoru, Oruc Qurbanov Lənkəran Dövlət Dram Teatrının, Sərvər Əliyev İrəvan Dövlət Azərbaycan Dram Teatrının, Novruz Cəfərov Ağdam Dövlət Dram Teatrının baş rejissoru vəzifələrinə təyin edilib.

# 1124 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
Norma
Norma
menu pen all_news