Həsən bəy Zərdabinin xatirə gecəsi keçirilib

Həsən bəy Zərdabinin xatirə gecəsi keçirilib
calendar 29 noyabr 2012
clock 11:13

Zərdabda Azərbaycan milli mətbuatının banisi, böyük maarifçi, xeyriyyəçi alim Həsən bəy Zərdabinin xatirə gecəsi keçirilib.


AzərTAc xəbər verir ki, Prezident İlham Əliyevin “Həsən bəy Zərdabinin 170 illik yubileyinin keçirilməsi haqqında” 2012-ci il 4 iyun tarixli Sərəncamının icrası çərçivəsində təşkil edilən və “Xalq üçün döyünən ürək” mövzusunda altında keçirilən gecədə rayon rəhbərləri, ziyalılar, gənclər iştirak ediblər.


Zərdabi muzeyində keçirilən xatirə gecəsində muzeyin direktoru Vəfa Bayramova görkəmli şəxsiyyətin həyat və fəaliyyəti barədə məruzə etmiş, çıxışlar olub. Natiqlər xatirəsini daim əziz tutduqları həmyerlilərinin Vətən və xalq qarşısındakı misilsiz xidmətlərindən danışıblar.


Qeyd edilib ki, bu cəfakeş insan çar senzurasının qadağalarına baxmayaraq 1875-ci il iyulun 22-də Azərbaycan dilində ilk milli mətbuatımız olan “Əkinçi” qəzetinin nəşrinə müvəffəq olub. Cəmi 56 nömrəsinin işıq üzü görməsinə baxmayaraq, qəzet öz ətrafına qabaqcıl ziyalıları toplayaraq xalqın maarifləndirilməsində böyük xidmətlər göstərib. “Əkinçi” həm də gələcək “Füyuzat”, “İrşad”, “Kaspi” qəzetləri, “Molla Nəsrəddin” kimi nüfuz qazanan qəzet və jurnallar üçün aydın, işıqlı yol açıb.

# 1236 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
menu pen all_news