Bu ölkədə qadın olmaq allah olmaqdan çətindi

Bu ölkədə qadın olmaq allah olmaqdan çətindi
calendar 3 dekabr 2012
clock 17:53

Coşqun Cəfər

İyirmi birinci əsrin qadınına elegiya

Dünən səni öyə-öyə gül deyən,

Bu gün səni söyə-söyə qul deyər.

***

Yaşadığın ömrə bax;

Hər gün aldadılarsan,

Hər gün unudularsan,

Sənə xəyanət etmək dəb olar bu ölkədə.

Hər gün alçaldılarsan

Kimisə ucaltmaq üçün.

Fəryadına yetmək üçün

Nə bir bəndə, nə bir allah tapılar bu ölkədə.

...Çölün buz, için ocaq...

***

Sənin yaşatdıqların,

Dönüb sənə öl deyər.

Üzündəki qırışlar,

Halına ağlar,

Dil deyər.

Qalaq-qalaq dərdin var,

Kim sənə yoxsul deyər?!

***

Sənin yaşamağın elə intihardı,

Qayğılar axşam-səhər

Keçər boynuna ip kimi.

Cibi dolu, ürəyi boş olanlar,

Adı kişi, özü oğraş olanlar,

Sürünərlər arxan ilə it kimi...

Tənələr dəyər üzünə,

Hər tində şillə kimi.

Həmin tənə edənlərin

Biri də gəlməz yanına

Dərdlərini bölmək üçün.

Quru bədəninə milyon sayanlar,

Özlərini adam yerinə qoyanlar,

Bir damcı sevgi xərcləməz ürəyini almaq üçün.

***

Bu dünyanın azad vaxtı,

Bu nə tale, bu nə bəxtdi.

Bu ölkənin kişiləri,

Hansı vicdanla xoşbəxtdi?!

***

Qadın, səni ayaqlar altda atan,

Bu cənnət deyə sevdiyin vətəndi.

Çıx get burdan,

Nə anandı, nə atan,

Bu ölkənin qadınları vətənindən yetimdi.

Çıx get burdan,

Bura sənin vətən yox, qürbətindi,

Çıx get burdan,

Bu ölkədə qadın kimi doğulmaq

Sənin səadətin yox, sənin fəlakətindi.

Çıx get burdan,

Bu ölkədə qadın olmaq

allah olmaqdan çətindi.

...Yıx get buranı...

# 4167 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
menu pen all_news