Aktyor bir tamaşada dörd rolu canlandıracaq

Aktyor bir tamaşada dörd rolu canlandıracaq
calendar 14 may 2013
clock 15:47

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında türk əsilli bolqar yazarı Panço Pançevin əsəri əsasında hazırlanmış “Dörd əkizin nağılı” tamaşasının premyerası olacaq.

Teatrın direktoru Mübariz Həmidov APA-ya bildirib ki, tamaşanın ilkin baxışı teatrın uşaqlardan ibarət bədii şurasının iştirakı ilə keçirilib və müsbət rəylə qarşılanıb.

Tamaşanın rejissoru Ağalar İdrisoğlu, rəssamı Elşən Sərxanoğludur. Dörd əkiz qardaşın sərgüzəştlərindən bəhs edən tamaşada əsas rolları əməkdar artistlər Naibə Allahverdiyeva, Qəmər Məmmədov, aktyorlar Elnur Hüseynov, Günel Məmmədova, Zümrüd Quliyeva, Anar Şəfiyev ifa edirlər.

Direktor onu da əlavə edib ki, tamaşada bir aktyor dörd rolu eyni vaxtda canlandıracaq: “Qeyd etdiyim kimi, tamaşada dörd əkiz qardaşdan bəhs olunduğu üçün aktyorumuz Elnur Hüseynov səhnədə dörd qardaşı canlandıracaq. Maraqlısı odur ki, eyni aktyor dörd rolu canlandırmasına baxmayaraq, tərtibat və səhnə geyimləri elə seçilib ki, tamaşaçılar dörd qardaşın dördünü də ayıra biləcəklər”.

# 1952 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
menu pen all_news