Anar: "İsa Hüseynov bizim nəslin ustadıdır"

Anar: "İsa Hüseynov bizim nəslin ustadıdır"
calendar 18 may 2013
clock 14:51

Atatürk Mərkəzində İsa Hüseynovun (Muğanna) “İdeal”, “Məşhər”, “İsahəq, Musahəq”, “Qəbiristan”, “Cəhənnəm” və “GurÜn” əsərlərinin təqdimatı keçirilib.

Hədəf Nəşrlərinin yazıçının 85 illik yubileyi ilə əlaqədar nəşr etdirdiyi kitabların təqdimatında Anar, Nizami Cəfərov, Fikrət Qoca, Zəlimxan Yaqub, Tağı Əhmədov və oxucular iştirak edib. Kulis.Az-ın verdiyi məlumatda belə deyilir.

Tədbirdə çıxış edən İ. Hüseynov səhhətində yaranmış problemə görə yazıçılarla, oxucularla görüşə bilmədiyini söylədi: “Çox təəssüf olsun ki, xəstəliyim ziyalılarla, oxucularla görüşməyimə imkan vermir”.

Kitab dükanlarının azlığından şikayət edən xalq yazıçısı nəşriyyatların hazırda pullu adamları çap etməsini də qeyd etdi: “Dövr dəyişəndən sonra mətbəələrdə şairə adlanan qızlarin cızma-qaraları çap olunmağa başladı. Yazıçıdan isə kitabının çap olunması üçün pul tələb edirlər”.

Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar İ. Hüseynovu 60-cılar nəslinin ustadı adlandırdı: “ Biz hər zaman İsa Hüseynova minnətdarıq. O, qəribə dünyada yaşayan bənzərsiz yazıçıdır. Yazıçı gərək yazdığına inansın, inandığını da yazsın. İsa Hüseynov da məhz belə yazıçılardandır”.

Xalq şairi Zəlimxan Yaqub isə İ. Hüseynovun indi də 25 yaşında olduğu kimi düşündüyünü, Azərbaycan Sovet ədəbiyyatınn yönünü dəyişdirdiyini bildirdi.

# 3999 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
Norma
Norma
menu pen all_news