Toğrul Nərimanbəyovun dəfn qalmaqalı qızışır

Toğrul Nərimanbəyovun dəfn qalmaqalı qızışır
calendar 12 iyun 2013
clock 13:13

“Toğrul Nərimanbəyovun Fransada dəfnindən heç vaxt söhbət gedə bilməz, çünki hüquq səviyyəsində buna icazə hələ ki yoxdur. Bu gün məhkəmədə bu məsələyə yenidən baxılacaq”. Bunu APA-ya açıqlamasında xalq rəssamı Toğrul Nərimanbəyovun qızı Əsmər Nərimanbəyova deyib.

Onun sözlərinə görə, rəssamın sabah Fransada dəfn olunacağı ilə bağlı xəbəri onun ikinci həyat yoldaşı yayıb: “Dəfn olmayacaq, heç kim də bura gəlməsin. Məsələni araşdıran hüquqşünaslar dəfnə hələ ki, icazə verməyib. Onun arvadının yaydığı informasiya düzgün deyil. O, öz bildiyini deyir, amma mən ona icazə verməyəcəyəm ki, atamı Fransada dəfn etsin. Hər şey hüquq çərçivəsində həll olunacaq. Ümumiyyətlə, bu məsələ ailə tərəfləri arasında deyil, dövlət səviyyəsində həll olunmalıdır. Məsələ ilə bağlı ən doğru məlumatı Mədəniyyət və Turizm Nazirliyindən ala bilərsiniz”.

Azərbaycan Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov APA-ya açıqlamasında sabah dəfnlə bağlı Fransaya yola düşəcəyini deyib: “Mən sabah Fransaya uçuram. Əgər sizi nə isə maraqlandırırsa, mərhumun həyat yoldaşından soruşun”.

Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi İntiqam Hümbətov isə dəfnin sabah Fransada olacağı xəbərini təkzib edib: “Hələ ki, bizdə belə bir informasiya yoxdur. Əgər xəbər olacaqsa, mütləq ictimaiyyətə məlumat verəcəyik”. İ.Hümbətov nazirliyin məsələ ilə bağlı Fransa hökumətinə müraciət etdiyini deyib: “Sağlığında Toğrul Nərimanbəyovun ikili vətəndaşlığı olduğu üçün bu məsələ ilə bağlı Fransa hökumətinə müraciət etmişik. Azərbaycan ictimaiyyəti və hökuməti mərhumun Azərbaycanda dəfn olunmasını istəyir. Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan hökuməti adından Fransanın müəyyən qurumlarına müraciətlər göndərib və müraciətlərdə sənətkarın Azərbaycanda dəfn olunması ilə bağlı arzumuzu bildirmişik. Səfirliyimiz və Azərbaycanın Fransadakı müvafiq qurumları orada söhbətlər və görüşlər aparırlar. Biz də onların ilkin rəyini, cavabını gözləyirik. Əgər müsbət cavab alınarsa, nazirlik sənətkarın nəşinin Azərbaycana gətirilməsi və Bakı şəhərində dəfni üçün lazım olan bütün tədbirləri yüksək səviyyədə həyata keçirməyə hazırdır”.

Qeyd edək ki, iyunun 10-da Parisdəki Azərbaycan Mədəniyyət Mərkəzində dünya şöhrətli fırça ustası, SSRİ və Azərbaycanın Dövlət Mükafatları laureatı, SSRİ-nin və Azərbaycanın xalq rəssamı, Azərbaycan prezidentinin fərdi təqaüdçüsü Toğrul Nərimanbəyovun anım mərasimi keçirilib. Tədbirdə Azərbaycan mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva çıxış edib, lakin mərhumun dəfni ilə bağlı heç bir açıqlama verilməyib.

# 1833 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
menu pen all_news