Səyavuş Aslan II Fəxri Xiyabanda dəfn olunub

Səyavuş Aslan II Fəxri Xiyabanda dəfn olunub
calendar 27 iyun 2013
clock 14:52

Səyavuş Aslan II Fəxri Xiyabanda dəfn olunub

Akademik Milli Dram Teatrında xalq artisti Səyavuş Aslanla vida mərasimi keçirilib.

APA-nın xəbərinə görə, vida mərasimində çıxış edən mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev bildirib ki, Səyavuş Aslan Azərbaycan teatr sənətinin sonuncu mogikanlarından biridir: “Onun tamaşalarını dəfələrlə izləmişik. Səyavuş Aslanı hamı komik rolların ifaçısı kimi tanıyırdı. O, sonralar bir sıra dramatik rollara da çəkildi. Bu müqtədir sənətkar Milli Dram Teatrının səhnəsində böyük dramaturqların tamaşalarında böyük rollara imza atdı. Səyavuşu mən 80-ci illərdən tanıyırdım. Onunla bağlı xeyli xatirələrim var. Səyavuş Aslan son dərəcə ürəyiyumşaq, ətrafındakı adamlara hədsiz diqqətli adam idi. Səyavuş Aslanın sənəti dövlət tərəfindən həmişə yüksək qiymətləndirilib. İki gün öncə hörmətli prezidentimiz onu “Şərəf” ordeni ilə təltif etdi”.

Nazir müavini qeyd edib ki, S. Aslan uzun illər Azərbaycan Dövlət Musiqili Komediya Teatrının aparıcı aktyorlarından olub. O, bir müddət həmin teatrın bədii rəhbəri işləyib (1994-1996) və bir çox obrazlar yaradıb, televiziya tamaşalarında yüzdən çox obraz ifa edib.

Teatr Xadimləri İttifaqının sədri, xalq artisti Azər Paşa Nemət sənət dostu haqqında fikirlərini bildirib: “Səyavuş Aslanla 40 il dostluq etmişik. Onunla hansı qastrolda olurdumsa, böyük tamaşaçı sevgisi ilə qarşılaşırdıq. Bu itki bizim hamımızı sarsıdıb. Onun ailəsinə, yaxınlarına başsağlığı verirəm”.

Ailə üzvləri adından Səyavuş Aslanın oğlu Çingiz Aslan mərasimdə iştirak edən, ailələrinin kədərinə şərik olan hər kəsə təşəkkürünü bildirib.

Xalq artistləri Rafiq Əzimov, Nurəddin Mehdixanlı, Bəsti Cəfərova, İctimai Televiziyanın baş direktoru, rejissor Cəmil Quliyev sənət dostları haqqında xatirələrini, fikirlərini bölüşüb, aktyorun yoxluğunu Azərbaycan teatrı və kinosu üçün böyük itki kimi dəyərləndiriblər.

Xalq artisti II Fəxri Xiyabanda dəfn olunub.

# 1974 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
menu pen all_news