Gənc rejissorlar Çexov festivalından qayıdıb

Gənc rejissorlar Çexov festivalından qayıdıb
calendar 4 iyul 2013
clock 09:43

Yuğ Dövlət Teatrının gənc rejissoru Aytən Məmmədova və Kukla Teatrının rejissoru Elşad Rəhmanzadə Moskvadan qayıdıb. Kulis.az-ın verdiyi xəbərə görə gənc rejissorlar Azərbaycan Teatr Xadimlərinin təşəbbüsü və yaxından dəstəyi ilə Moskvada A.P.Çexov festivalı çərçivəsində keçirilən “Gənc rejissorların labaratoriyası”nın işində iştirak edib. 7-13 iyun tarixlərində “XXI əsrin teatrı. Keçmiş təcrübə və gələcək axtarışlar” adı ilə keçirilən labaratoriyada gənc rejissorlar Moskvanın teatr mühiti ilə tanış olmaq, nəinki Rusiya, eləcə də dünya teatr məkanında kifayət qədər tanınan rejissorlar Kirill Serebrennikov, Kama Ginkas, Viktor Rıjakov, Timur Çxeidze, teatrşünas Marina Davıdovanın ustad dərslərində iştirak etmək imkanı qazanıblar. Master klasslarda iştirak edən Aytən Məmmədova həmçinin festival tamaşalarına baxa bildikləri üçün özünü şanslı hesab etdiyini söylədi: “Baxdıqlarımız arasında Almaniya teatrının Kafkanın “Proses” əsərinin əsasında hazırladığı tamaşa vardı. Fransadan iki tamaşaya da baxdıq. Səhnə tərtibatında bir çox yeniliklər gördük. əlaqələrimiz yarandı və hətta Net festivalının art prezidenti, "Teatr" jurnalının redaktoru Marina Davıdova festival üçün yanvar ayına qədər iki tamaşamızın lentini göndərməyi istədi”.

Labaratoriyada Azərbaycanlı rejissorla yanaşı keçmiş MDB məkanına daxil olan ölkələrdən – Rusiya, Belarusiya, Ukrayna, Moldova, Gürcüstan, Latviya, Litva və s., eləcə də Çin Xalq Respublikasından nümayəndələr iştirak edib.

Bu layihənin gələcəkdə də davam etdirilməsi, gənc rejissor, aktyor, rəssam və teatrşünasların beynəlxalq miqyaslı tədbirlərdə iştirakı gözlənilir.

# 1529 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
menu pen all_news