Sizin xilaskarınız hansı sənətkar ola bilər?

Sizin xilaskarınız hansı sənətkar ola bilər?
calendar 3 dekabr 2013
clock 08:30

Alan de Botton “gündəlik həyat üçün parlaq fikirlər” şüarı ilə fəaliyyət göstərən “Həyat məktəbi”nin rəhbəridir. Dərslərdə “Necə sakit həyat keçirmək olar?”, “Necə “cool” görünmək olar?”, “Necə daha keyfiyyətli həyat keçirmək olar?” kimi mövzularda danışılır...

Kulis.az onun Türkiyənin “Hürriyət” qəzetinə verdiyi müsahibədən maraqlı parçaları təqdim edir.

***

Bəzi adamlar sərgiyə gələndə rəsmlərə baxıb “Yəqin mühüm bir mesaj var, amma mən başa düşmürəm” kimi düşünürlər. Ancaq özlərini rahat buraxsalar yaxşı olar. Unutmamaq lazımdır ki, doğru cavab onsuz da yoxdur. Siz nə hiss etsəniz, odur. Rəsmin qarşısında durub uzaqlara dalanda rəsmdən bir istilik dolur insanın içinə. Məna axtarmaqdansa, o istiliyin dadını çıxarmaq lazımdır. İncəsənətin ilkin məqsədi insana xoş hiss bağışlamaqdır.

***

İncəsənət modern həyatda əsl məqsədindən bir az kənarlaşıb. Onun ilkin məqsədi insanlara kömək etməkdir. Sənət kiməsə özünü göstərmək vasitəsi deyil, o, cəmiyyətə faydası olan bir şeyə çevrilməlidir. Məsələn, musiqi kimi. İnsan musiqi ilə hislərini ifadə edir, fikirlərini dəqiqləşdirir. Musiqi çox funksional, “istifadə edilə bilən” şeydir. Musiqi ilə yatır, durur, sevişir, idman edir, işləyirik. İncəsənət də belə olmalıdır.

***

İnsanlar incəsənətdən qorxur. Çox bahalı, çox ürküdücü görünür onlara.

***

Hər səhər başımıza bir iş gələcəyi ehtimalı ilə oyanırıq yuxudan. İnsan belədir. Ən xoşbəxt olanımız belə yalnızlıqdan əziyyət çəkir.

***

Münasibətə başlamamışdan əvvəl beynimizdə bir münasibət imici yaradırıq. Filmlərdən, romanlardan götürdüyün, formalaşdırdığın bir foto. Bir növ xoşbəxtliyin şəkli kimi. Şam işığında yemək, şirin sözlər... Münasibət davam edir, davalar başlayır, “Həyatımı məhv elədin!” cümləsinin biri bir qəpik... “Bir dəqiqə, bir dəqiqə... Belə olmamalı idi axı, xoşbəxtliyin şəkli bu deyildi...” deyirsən. Reallığı bütün dramatikliyi ilə göstərən sənətçilər sizin xilaskarınız ola bilər.

***

İşləriniz yaxşı getmirsə, əsəbinizdən dişiniz bağırsağınızı gəmirirsə, bax elə bu vaxt incəsənət sərgisinə qaçın. Boş-boş rəsmlərə baxın.

***

Muzeylər yenidən hazırlanmalıdır. Müəyyən bir dövrə, bir insana aid olmalarının insanlara faydası yoxdur. XVIII əsrin sənətinin sərgiləndiyi yerə kim, niyə və hansı sıxlıqla gedər axı? Yeni muzeylər insana bəxş edəcəyi hisslərə görə fərqli otaqlara bölünməlidir. Xəyallar otağı, xoşbəxtlik otağı, sevgi otağı, empati otağı... Sevgiyə dair XII əsrdə çəkilmiş bir şəkillə dünən çəkilmiş bir video yan-yana sərgilənməlidir məsələn.

***

Xalq qəzəblənir, küçələrə tökülür. İnsanların ehtiyacı olan şey isə təzə fikirdir. Təkcə qəzəb işə yaramır, fərqli fikir ortaya qoymalıdırlar. “Occupy Wall Street” (“Wall Street”i işğal et) etirazlarını xatırlayın. Qəzəbləri vardı, amma yeni fikirləri yox idi. Qəzəb bir raketi hərəkətə gətirəcək benzindirsə, fikir o raketi işə salacaq insandır.

# 1571 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
menu pen all_news