İngilis rejissor Bakıda tamaşa hazırlayacaq

İngilis rejissor Bakıda tamaşa hazırlayacaq
calendar 3 dekabr 2013
clock 16:57

Gənc Tamaşaçılar Teatrının direktoru Mübariz Həmidov British Council Azərbaycan nümayəndəliyinin Mədəniyyət və Turizm Nazirliyi ilə əməkdaşlığı çərçivəsində həyata keçirdiyi “Teatr əməkdaşlığı” layihəsinin növbəti mərhələsini reallaşdırmaq üçün Böyük Britaniyalı teatr xadimi, yazıçı, tərcüməçi və teatr rejissoru Yan Vilyem Van Den Bohla görüşüb.

Görüş zamanı Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında reallaşacaq yeni layihənin detalları müzakirə olunub və razılığa gəlinib ki, layihə çərçivəsində noyabrın 26-dan dekabrın 8-dək Yan Vilyem Van Den Bohun Gənc Tamaşaçılar Teatrının aktyor və rejissorları ilə təlimi keçiriləcək.

Həmçinin layihə çərçivəsində noyabr ayının 28-dən – 5 dekabr tarixlərinədək Liza Kukun iştirakı ilə ölkəmizin müxtəlif teatrlarından 20-ə yaxın səhnə dizaynerlərinə təlim keçiriləcək.

Təlimlərdən sonra 2014-cü il yanvar ayının 10-dan Yan Vilyem Van Den Boh Dövlət Gənc Tamaşaçılar Teatrının yaradıcı heyəti ilə birgə Maykl Mak Donaxın “Linenin trilogiyası” əsasında “Gözəllik ilahəsi”, “Qəbiristanlıq sakinləri” və “Yazıq qərb” adlı tamaşaların hazırlıq prosesinə başlayacaq.

Sözügedən növbəti Beynəlxalq layihədə Azərbaycanda ilk olaraq eyni tamaşaçının üç gün ərzində trilogiyanın tərkibində olan üç yeni tamaşa ilə tanış olmaq imkanı olacaq.

Tamaşanın ilk təqdimatı 2014-cü ilin mart ayında – Milli Teatr günü nəzərdə tutulub.

# 1662 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
menu pen all_news