“Qadında əsas olan forma deyil, məzmundur”

“Qadında əsas olan forma deyil, məzmundur”
calendar 9 yanvar 2014
clock 08:45

Kulis.az tanınmış rus yazıçısı Sergey Dovlatovdan 10 sitat təqdim edir.

Biz bütün günü yoldaş Stalini söyürük. Amma bir nəfər də çıxıb soruşmur ki, bu dörd milyon donosu yazan kim idi?

İnsanların çoxu onları az narahat edən problemlərin həllinin mümkünsüz olduğunu düşünür.

Həyatda bilirsən əsas nədir? Əsas odur ki, həyat bir dəfə olur. Bir dəqiqə keçir və son! Başqası olmayacaq...

“Kitabda və qadında əsas olan forma deyil, məzmundur...” – hətta indi, həyatımdakı müxtəlif məyusluqlardan sonra, bu fikir də mənə sıxıcı gəlir. Bütün hallarda mən gözəl qadınları xoşlayıram.

Məncə, sevginin ölçüsü yoxdur. O ya var, ya da yoxdur.

Dəvət ediləndə qonaq getmək normaldır. Ən pisi isə çağırılmayanda getməkdir. Amma ən yaxşısı isə, sizi dəvət edirlər, amma siz getmirsiniz.

Yazıçının milliyyəti onun yazdığı dillə müəyyən olunur.

İroniya – müdafiəsizlərin sevimli, əsas və yeganə silahıdır.

Mən sizə müraciət etdim, ona görə ki, sizi intellektual insanlar hesab edirəm. Mən özüm intellektual adamam. Bizdən azdır. Açığın desək, bizdən elə az olmalıdır.

Biri kişi üçün ən böyük faciə onun xaraktersizliyi ola bilər.

# 3257 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
menu pen all_news