Məşhur romanı Amerika kəşfiyyatı çap edibmiş

Məşhur romanı Amerika kəşfiyyatı çap edibmiş
calendar 21 iyul 2014
clock 17:11

Məşhur rus yazıçısı Boris Pasternakın “Doktor Jivaqo” romanını ilk dəfə Amerikanın Mərkəzi Kəşfiyyat İdarəsi çap edib. Kulis.Az-ın “İTAR-TASS” agentliyinə istinadən verdiyi xəbərə görə buna sübut Amerikanın qapalı Mərkəzi Kəşfiyyat Muzeyində tapılıb.

“Yahoo” inetrnet portalının müxbiri Ollivye Noks muzeydə kitabın 1959-cu ildə Fransada yayımlanmış nəşrinin slaydını görüb. Fotonun altında ““Doktor Jivaqo”nun MKİ tərəfindən rus dilində gizli çap edilmiş orijinal nəşri” yazılıb. Kitabın alt qapağında onun Fransada çap olunması qeyd edilib.

Əvvəllər də romanın çapında MKİ-nin rolu olması ehtimalları vardı. Bəzilərinin fikrincə məhz bunun nəticəsində Pasternak Nobel mükafatı ala bilib. Amma bu versiyalar heç vaxt təsdiqini tapmayıb.

Amerika kəşfiyyat idarəsinin mütəxəssislərinin fikrincə, “Doktor Jivaqo” heç vaxt siyasi təbliğat romanı olmayıb. Sovet hakimiyyəti əsəri insanları intellektual vicdana və insan azadlığına çağırışa görə qadağan edib.

# 2170 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
menu pen all_news