Şekspirin teatrı Bakıda “Hamlet”i  oynayacaq

Şekspirin teatrı Bakıda “Hamlet”i  oynayacaq
calendar 14 sentyabr 2015
clock 10:31

Şekspirin “Qlobus” teatrı oktyabrın 3-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində “Hamlet” tamaşasını oynayacaq. Teatrın mətbuat xidmətindən Kulisə verilən məlumata görə tamaşa Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə nümayiş olunacaq.

Şekspirin anadan olmasının 450-ci və ölümünün 400-cü ildönümünü qeyd edən Londonun “Qlobus” Teatrı 23 aprel 2014-cü il tarixindən 23 aprel 2016-cı il tarixinədək davam edəcək möhtəşəm dünya turnesinə çıxıb. Bu misilsiz layihənin məqsədi “Hamlet” tamaşasını iki il müddətində dünyanın hər bir ölkəsində nümayiş etdirməkdən ibarətdir. On altı nəfərdən ibarət teatr truppası dünyanın bütün kontinentlərinə səyahət edərək unikal məkanlarda və əsrarəngiz teatr səhnələrində çıxış edir.

Şekspir Qlobus teatrının bədii rəhbəri və “Hamlet” tamaşasının rejissoru Dominik Dromgul bildirib ki, “Globe to Globe Hamlet” layihəsi “Hamlet” tamaşasının müxtəlif məkanlarda və böyük tamaşaçı auditoriyasına nümayiş olunması məqsədilə yaradılıb: “Turnemizin əsas qayəsi ondan ibarətdir ki, Şekspir yer üzündə insanların harada olmasından asılı olmayaraq, hər kəsi əyləndirə və hər kəslə danışa bilər və heç bir ölkə və heç bir xalq Hamletin canlı tamaşasından imtina etməz. Səyahətin yarıdan çox hissəsi hazırda tamamlanıb və “Hamlet” tamaşası Amerika, Avropa və Afrika daxil olmaqla artıq 100-dən çox ölkədə yüz mindən artıq tamaşaçı üçün nümayiş olunub.”

British Council Azərbaycanın direktoru Elizabet Vayt bildirib: “Dünya turnesi çərçivəsində Şekspirin “Qlobus” teatrını “Hamlet” tamaşası ilə Bakıda qarşılamağa şadıq. Azərbaycan tamaşaçısı bu sənət əsərini tanıyır və sevir və onu Şekspirin öz teatrı tərəfindən yeni quruluşda izləmək fürsətini qaçırmayacaq. Biz Şekspirin ildönümünü növbəti il də qeyd etməyə davam edəcəyik: “Gəlmişik xoş niyyətlə, Bir xeyirxah sənətlə”.

Tamaşa ingilis dilində və Azərbaycan dilində subtitrlərlə nümayiş olunacaq. Biletləri şəhərin bilet kassalarından əldə edə bilərsiniz.

# 1474 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
menu pen all_news