Edqar Deqanın svastikaya bənzəyən rəqqasələri

Edqar Deqanın svastikaya bənzəyən rəqqasələri
calendar 13 yanvar 2017
clock 14:26

Məşhur fransız rəssamı Edqar Deqa rəqqasələri, daha doğrusu balerinaları çəkməyi sevirdi. Ümumiyyətlə, Deqa digər impressionistlərdən fərqli olaraq daha çox qapalı məkanlarda işləməyi sevir, teatr, opera, rəqqasələr, onların məşq prosesləri onu cəlb edirdi.

Deqa rəqqasələrin məşqindən çəkdiyi əsərlər anın rəsmləri deyil. Onun tablolarında vaxt dayanmayır, əksinə, fiqurlar o qədər dinamik göstərilir ki, elə bilirsən rəqqasə indicə oynayacaq, bununla da tamaşaçıda vizual effekt yaradır.

“Mavi rəqqasələr” rəssamın bu mövzuda çəkdiyi ən kamil əsərlərdən hesab olunur. Əsər hazırda Moskvada A.S.Puşkin adına Dövlət İncəsənət Muzeyində qorunur. Pastellə, kağıza çəkilmiş 65x65 ölçüdəki əsər 1897-ci ildə hazır olub. Bəzi tənqidçilərin fikrincə, “Mavi rəqqasələr” rəng harmoniyası və kompozisiya həllinə görə Deqanın bu mövzuda çəkdiyi işlərin ən mükəmməlidir.

Əsərdə mavi dekalte donda dörd rəqqasə qız verilib. Qızlar hansısa rəqsi məşq edirlər. Onların hər biri ayrı-ayrılıqda çiçəyə bənzəyir, buna görə, ilk baxışda elə təəssürat yaranır ki, qızlar sanki birləşib gül dəstəsi yaradıblar. Və onların ətrafında xüsusi bir detalın qabardılmamasından, sarı, yaşıl, narıncı rənglərin bir-birinə qarışmasından elə görünür ki, qızlar məşq zalında deyil, böyük bir çiçək zəmisinin ortasında dayanıblar.

Rəqqasələrin hər biri əlini bir cür tutub. Vahid bir hərəkətin müxtəlif hissələrini icra edirlər. Biri qolunu yumub, o biri açmağa, hazırlaşır, üçüncü tamamilə açıb, dördüncü qız isə əyilərək hərəkəti bitirmək üzrədir. Dördüncü qızın hərəkəti ilə çevrə qapanır. Bu hərəkət hardasa svastikanı - həyat simvolunu xatırladır. Svastikanın dörd tərəfi kimi görünən dörd rəqqasə də harmonik şəkildə hərəkət edərək, həyatın rəmzinə çevrilirlər.

Deyilənə görə, ömrünün axırlarında Deqanın gözləri zəiflədiyi üçün parlaq rənglərə üstünlük verirmiş. “Mavi rəqqasələr”dən bariz şəkildə görünür, qızların mavi donda verilməsi onları buluda bənzədir və 65x65 ölçüdə olan tabloya nəhayətsiz genişlik bəxş edir. Tabloya bir qədər baxdıqdan sonra mavi rəng gözlərini alıb özü ilə aparır və elə bil daha tabloya yox, bu bulud qızların timsalında göylərə baxırsan.

# 3002 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
menu pen all_news