“Üçüncü günün adamı” filminin təqdimatı oldu

“Üçüncü günün adamı” filminin təqdimatı oldu
calendar 23 iyun 2017
clock 21:49

Nizami Kino Mərkəzində “Üçüncü günün adamı” filminin mətbuat üçün təqdimat mərasimi keçirilib.

APA-nın məlumatına görə, filmin nümayişindən əvvəl “Azərbaycanfilm” kinostudiyasının direktoru Müşfiq Hətəmov bildirib ki, lentə alınacaq növbəti filmlərin də premyerasından əvvəl jurnalistlər üçün təqdimatı keçiriləcək: “Biz, “Azərbaycanfilm” kinostudiyası olaraq, mətbuat nümayəndələri ilə daha yaxından əməkdaşlığın tərəfdarıyıq. Son illərdə çəkilən filmlər haqqında ictimaiyyəti məlumatlandırmaq üçün medianın dəstəyinə ehtiyacımız var. Eyni zamanda, kinoda olan bütün problemləri mətbuatla açıq müzakirə etməyə hazırıq. Arzu edirik ki, jurnalistlər yeni filmləri qiymətləndirsin və tamaşaçı cəlb etməkdə bizə köməklik göstərsin”.

Quruluşçu rejissoru Babək Şirinsifət olan “Üçüncü günün adamı” filmi Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında lentə alınıb. Ekran əsərinin premyerası iyunun 30-da Nizami kinoteatrında keçiriləcək.

Psixoloji dram janrında çəkilən film Kəlbəcər rayonundan olan şəxsin Qarabağ hadisələri ərəfəsində həbsxanaya düşməsi, azadlığa çıxdıqdan sonra valideynlərinin düşmən tapdağı altında qalmış məzarını ziyarət etmək üçün müxtəlif yollar axtarmasından bəhs edir. Filmin quruluşçu operatoru Rafiq Quliyev, quruluşçu rəssamı Rafiq Nəsirov, icraçı prodüseri Arif Səfərov, prodüseri Müşfiq Hətəmovdur. Rolları Hikmət Rəhimov, Rasim Cəfər, Kamran Ağabalayev, Nicat Əli, Mehriban Zəki, Zarina Qurbanova və digərləri canlandırır.

# 1341 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
menu pen all_news