Üzeyir Hacıbəyli haqda çarx hazırlanıb - Video

Üzeyir Hacıbəyli haqda çarx hazırlanıb - Video
calendar 21 sentyabr 2019
clock 11:14

Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Milli Musiqi Günü ilə əlaqədar mlli musiqimizin banisi Üzeyir Hacıbəylinin həyatı haqqında ingilis dilində video çarx hazırlayıb.

APA-nın məlumatına görə, çarxda Üzeyir bəyin keşməkeşli həyatı, erməni terrorçuları tərəfindən həmişə təqib edilməsi ön planda təqdim olunur. “Üzeyir Hacıbəyli Qori müəllimlər seminariyasında təhsilini başa vurduqdan sonra Hadrut kəndinə göndərilir. Orda bir il müəllim kimi işləyir. 1905-ci ildə azərbaycanlılara qarşı qırğınlar başlayan zaman Üzeyir bəyə xələl yetirilməsin deyə, gecəylə onu Yevlaxa yola salırlar. Ordan da qatarla Bakıya gəlir. 1905-ci il avqustun 20-də Üzeyir Hacıbəyli Bakı vağzalına çatır. Ancaq gözlədiklərinin əksinə olaraq, burda da erməni millətçilərinin törətdiyi qırğınların canlı şahidi olur”.

Beynəlxalq təşkilatların və onların təmsilçilərinin sosial şəbəkələrdə mövcud olan rəsmi hesablarına göndərilən video çarx da həyata, insanlara, bəşəriyyətə sevgi və hörmətlə yanaşan Üzeyir bəyin evinin 1918-ci ilin mart qırğınlarında Bakını işğal etməyə can atan erməni terror dəstələri tərəfindən güllə-boran edildiyi də qeyd olunub.

“Sovet dövründə də erməni millətçiləri Üzeyir bəyin həyatına təhlükə yaratmaqda davam edirlər. 1947-ci ildə Üzeyir bəyin səhhəti daha da ağırlaşır. Üzeyir bəyi Osipyan soyadlı bir erməni həkim müalicə etməyə başlayır. O isə bilərəkdən bəstəkara əks müalicə tətbiq edir. Bu isə ürəyinə təsir göstərir və onda ürək tutmaları başlayır. Moskva həkimləri də müalicənin düzgün aparılmadığını təsdiqləyirlər. 1948-ci ildə isə dahi musiqiçi həyatla vidalaşır”, - deyə video çarxda bildirilir.

# 2843 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
Norma
Norma
menu pen all_news