Sloveniyalı yazıçı "Mixaylo" haqda roman yazıb

Sloveniyalı yazıçı "Mixaylo" haqda roman yazıb
calendar 10 dekabr 2012
clock 15:48

Sloveniyanın Nova Qoritsa şəhərinin Çepovani qəsəbəsində Sovet İttifaqı qəhrəmanı, azərbaycanlı partizan Mehdi Hüseynzadəyə həsr edilmiş “Mixaylonun təkbaşına qisası” (“Jeden za vse Mihajlovo Mascevanje”) ikicildlik romanının təqdimatı olub.

Dünya Azərbaycanlı Gənclər Birliyindən (DAGB) AzərTAc-a bildiriblər ki, sloveniyalı yazıçı Peter Ameliettinin müəllifi olduğu romanın təqdimat mərasimində “Onun təxəllüsü Mixaylo idi” adlı qısametrajlı sənədli film nümayiş etdirilib.

Mərasimdə çıxış edən Azərbaycanın Sloveniyadakı müvəqqəti işlər vəkili Azər Xudiyev iki ölkə və xalq arasındakı dostluğun tarixindən danışıb.

Bildirilib ki, Mehdi Hüseynzadə Azərbaycan və Sloveniya xalqlarının qəhrəmanlıq rəmzidir.

Sonra müəllif Peter Amelietti romanın məzmunu ilə bağlı iştirakçılara məlumat verib.

Əsərin Azərbaycan və Sloveniya gənclərinə vətənpərvərlik ruhunun aşılanmasına mühüm töhfə verəcəyi vurğulanıb.

DAGB-nin nümayəndəsi Günel Həsənova Azərbaycan xalqının Mehdi Hüseynzadənin xatirəsinə yüksək ehtiram göstərdiyini diqqətə çatdırıb.

Bildirilib ki, Azərbaycan xalqı dərin məhəbbətlə sevdiyi qəhrəman övladının xatirəsini əbədiləşdirib, Bakının mərkəzində M.Hüseynzadənin abidəsi ucaldılıb.

İkinci Dünya müharibəsinin iştirakçıları, xüsusən də Mehdi Hüseynzadənin döyüşçü yoldaşları Mixaylonun hər iki xalqın qəhrəman övladı olduğunu bildiriblər.

Qeyd edilib ki, M.Hüseynzadənin Sloveniyadakı muzeyi daim yerli xalq tərəfindən ziyarət olunur.

Onun Çepovani qəsəbəsindəki məzarı üzərində həkk edilən “Rahat yat, Azərbaycan xalqının qəhrəman oğlu, əzizimiz Mehdi. Azadlıq naminə göstərdiyin ölməz rəşadət dostlarının qəlbində daim yaşayacaqdır” sözlərinin iki xalq, xüsusən də gənc nəsillər üçün əsl vətənpərvərlik örnəyi olduğu xüsusi vurğulanıb.

Mərasimdə Nova Qoritsa şəhərinin meri, Sloveniya Veteranlar Şurasının üzvləri, Mehdi Hüseynzadənin sloveniyalı döyüşçü yoldaşları, bu ölkənin Yazıçılar İttifaqının və yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.

# 1773 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
Norma
Norma
menu pen all_news