Qazaxlı şairlərdən sərt Səməd Vurğun bəyanatı

Qazaxlı şairlərdən sərt Səməd Vurğun bəyanatı
calendar 15 aprel 2013
clock 15:43

Biz, Azərbaycan Yazıçılar Birliyi Qazax Zona filialının fəalları ADP-nin sədri Sərdar Cəlaloğlunun böyük Azərbaycan şairi Səməd Vurğuna qarşı işlətdiyi ədəbsiz ifadəyə görə çox narahatıq.

Xalqın mənəvi pasportu olan bir sənətkara qarşı yönələn ölçüsüz-biçisiz bir hərəkəti pisləyirik. Hesab edirik ki, S.Cəlaloğlunun bu hərəkəti seçkilər öncəsi siyasi sabitliyi pozmağa yönələn və siyasi divident qazanmaq üçün atılmış yanlış bir addımdır.

O, bu ifadəsi ilə, yəni xalqın dahi sənətkarını aşağılamaq cəhdiylə eyni şəkildə Ə.Əylisli və onu müdafiə edənlərin mövqeyində dayandığını nümayiş etdirmişdir.

Siyasət meydanında özünü göstərə bilməyən bir kəsin ədəbiyyat meydanına soxulmaq cəhdi çox gülüncdür! Hüseyn Cavid demişkən: “Ədəbiyyat başqa, siyasət başqa!”

Yaxşı olar ki, o, bir az savadını artırsın, M.Ə.Rəsulzadənin S.Vurğun yaradıcılığına verdiyi yüksək qiymətlə həm özü tanış olsun, həm də həmfikirlərini məlumatlandırsın.

Onun bu yaramaz və iyrənc hərəkəti xalqın ruhuna, mənəviyyatına, tarixinə, ədəbiyyatına, bütövlükdə Azərbaycanın müstəqilliyinə edilən qəsddir.

Təkcə Azərbaycan iqtidarına yox, xalqa da müxalifətdə olan bir siyasi qurumun “lideri” Azərbaycanın xalq şairinə qarşı işlətdiyi nalayiq ifadəyə görə şairin ruhundan və Azərbaycan xalqından üzr istəməlidir!

Barat Vüsal - Azərbaycan Yazıçılar

Birliyi Qazax Zona filialının sədri, Əməkdar

İncənət Xadimi.

Bilal Qoca - AYB üzvü, filialda ədəbi-

məsləhətçi.

Saqif Qaratorpaq - AYB üzvü, Ağstafadakı

“Hüseyn Arif ədəbi məclisi”nin sədri.

Ələddin İncəli - AYB üzvü, ağsaqqal şair.

Şahinə Könül - AYB üzvü, Prezident

təqaüdçüsü.

# 4251 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
menu pen all_news