Uşaqlar üçün fəlsəfi əsərdən müzikl hazırlandı

Uşaqlar üçün fəlsəfi əsərdən müzikl hazırlandı
calendar 6 may 2013
clock 11:30

Danimarkalı rejissor Mari Miller Sorn Kyerkeqorun “Ya, ya da” fəlsəfi əsəri əsasında uşaqlar üçün müzikl hazırlayıb. Kulis.Az “Associated Press”a istinadən xəbər verir ki tamaşa Danimarkada filosofun mayın 5-də qeyd olunan 200 illiyində təqdim olunub. Hazırda tamaşanə məktəblərdə də göstərirlər.

Müzikldən əlavə Danimarkada bu yaxınlarda Kyerkeqorun əsərləri əsasında komik şou da hazırlanıb. Bu şounun müəllifi Klaus Damqor filosofun ideyalarından cinsi münasibətlər haqqında ironik müzakirələr apararaq istifadə edib. Şou bütün Danimarkada, hətta Kyerkeqorun dəfn olunduğu qəbiristanlıqda nümayiş olunub. Damqorun sözlərinə görə o, filosofun çətin qavranılan əsərlərini maraqlı bir şəkildə ötürmək istəyib.

Danimarkalılar Kyerkeqoru tanısa və hörmət etsələr də sakinlərin çox az bir hissəsi onun əsərlərini oxuyub. Bu o əsərlərin mürəkkəbliyindən irəli gəlir. Kyerkeqor özü yazırdı ki, insanlar onu hətta özünü anlamamaqdan şikayətlənəndə belə anlamırlar. Bununla əlaqədar olaraq bəzi bioqraflar onun əsərlərinin sadələşdirilib geniş oxucu kütləsinə təqdim etməyi təklif ediblər.

Yubileylə əlaqədar Danimarkanın poçt xidməti Kyerkeqorun yubileyinə xüsusi poçt markası buraxıb.

Kyerkeqor 5 may 1813-cü ildə doğulub. Sərt bir lüteran ailəsində böyüyüb və ilahiyyatı öyrənib. Magistr dərəcəsi alıb və ədəbi fəaliyyətlə məşğul olub. Kyerkeqor XIX əsrin əhəmiyyətli filosoflarından hesab olunur. Onun işləri XX əsrin fəlsəfi cərəyanlarına, dialektik ilahiyyat və ekzistensializmə təsir göstərib.

“Ya, ya da” əsərində o, etik və estetik varlıq tipi arasında seçimin əhəmiyyətini və bu seçim faktının kimin xeyrinə olmasından asılı olmayaraq nə qədər vacib olmasını analiz edib.

# 2256 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
menu pen all_news