Üsamə bin Laden demokratiya haqda nə demişdi?

Üsamə bin Laden demokratiya haqda nə demişdi?
calendar 9 oktyabr 2013
clock 08:00

Seçki – demokratiyanın əsas şərtlərindən biridir. Bu gün Azərbaycan Respublikasında prezident seçkiləri keçirilir. Kulis.az demokratiya ilə bağlı deyilmiş ziddiyyətli fikirləri təqdim edir.

Hər bir mədəniyyət teokratiyadan başlayıb, demokratiyada başa çatır. Viktor Hüqo

Demokratiyanın qüsurları, yenə demokratiya ilə örtülür. Alfred Smit

Demokratiya despotizmin ən irəli şəklidir. Aristotel

Demokratiya şərhlə idarə etməkdir. Artur Ceyms Balfur

Xidmətçi olmağı istəmədiyim kimi, xidmətçidən istifadə etməyi də sevmirəm; mənim demokratiya anlayışım budur. Avraam Linkoln

Niyə amerikalıların törətdikləri dağıntılar azadlıq və demokratiya, onlara qarşı müqavimət isə terrorizm və fanatik dözümsüzlükdür? Üsamə bin Laden

Gerçək demokratiya heç bir zaman var olmamışdır və olmayacaq da. Jan Jak Russo

İctimai demokratiya xalqın xalq tərəfindən xalq üçün çətin vəziyyətə salınmasıdır. Oskar Uayld

Bütün despotizmlər içərisində demokratiya ən pisidir. Fişer Ames

Demokratiya demək, “sən də mənim qədər yaxşısan” deməkdir. Teodor Parker

Demokratiya - içindəki insanların tamaşaçı deyil, aktyor olduğu bir sistemdir. Naom Xomski

Demokratiyada bir seçicinin cahilliyi bütöv xalqın təhlükəsizliyi üçün təhlükədir. Con Kennedi

Demokratiyada çarə tükənmir. Süleyman Dəmirəl

Geridə qalmış demokratiyalarda: “Hamı öz fikrini deyə bilər, amma qərarı mən verəcəyəm. Çünki burda demokratiya var”. Oskar Uayld

Səs vermək nəyisə dəyişsəydi, qadağan olunardı. Emma Qoldman

Demokratiya elə bir rejimdir ki, sən nə dünüşürsənsə, danışa bilərsən, hətta düşünməsən belə danışa bilərsən. Lourens Piter

# 2612 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
menu pen all_news