"Hüseyn Cavid. Vətənə qayıdış" yazı müsabiqəsi

"Hüseyn Cavid. Vətənə qayıdış" yazı müsabiqəsi
calendar 3 sentyabr 2014
clock 11:53

“Hüseyn Cavid. Vətənə qayıdış” yazı müsabiqəsi elan olunur

“Kaspi” qəzeti görkəmli şair və dramaturq Hüseyn Cavidin yaradıcılığı ilə bağlı ədibin həyatı və irsinə həsr olunan bədii, publisistik və elmi məqalə müsabiqəsi elan edir.

Müsabiqəyə yalnız yeni və xüsusi olaraq müsabiqə üçün hazırlanmış məqalələr qəbul edilir.

Məqalələr Azərbaycan dilində elektron variantda müəlliflər tərəfindən şəxsən redaksiyaya təqdim olunmalıdır. Həcm məhdudiyyəti qoyulmur.

Təqdim olunmuş əsərlər münsiflər tərəfindən dəyərləndirildikdən sonra Azərbaycan və Türk dillərində ayrıca kitab kimi nəşr olunacaqdır.

Birinci yer üçün 1500, ikinci yer üçün (iki mükafat) 1000, üçüncü yerə görə (üç mükafat) 700 manat, eyni zamanda hər biri 300 manat olmaqla 10 xüsusi mükafatın verilməsi nəzərdə tutulur.

Müsabiqənin müddəti 1 iyun – 31 oktyabr 2014-cü il tarixlərini əhatə edir.

Əlavə məlumat almaq istəyənlər iş günləri redaksiyaya müraciət edə bilərlər. (Əlaqələndirici şəxs Təranə Məhərrəmova – 510-61-92).

# 1742 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
Norma
Norma
menu pen all_news