Əli bəy Hüseynzadə yaxşıdır, yoxsa Əhməd Cəmil?

Əli bəy Hüseynzadə yaxşıdır, yoxsa Əhməd Cəmil?
calendar 9 oktyabr 2014
clock 10:16

“Müqayisəli tərcümə” layihəsi

Hötenin “Faust”unu alman dilindən Əli bəy Hüseynzadə, rus dilindən isə Əhməd Cəmil tərcümə edib. Ayrı-ayrı dillərdən edildiyinə görə orijinal mətni dərc etməyə ehtiyac görmürəm. Deməli belə: Ə.Cəmilin tərcüməsində “Sovet kalkası” aydın duyulur, Ə.Hüseynzadənin tərcüməsi isə əsl poetik tərcümədir, səd-əfsus ərəb-fars ibarələri ilə doludur. Amma bu müqayisə ötən əsrin əvvəlindən ortasına, bir az da sonrakı dövrə təsadüf edən dilin sadələşmə prosesi barədə bizə çox şey deyir.

F.Hüseyn

Bəli, yer üzünün allahı insan,

O qəribə məxluq bu günə qədər

Heç dəyişməmişdir... Bəlkə çox güman,

Sən ilahi nurun parıltısından

Ona verməsəydin bir kiçik zərrə,

Şüur adlandırmaz bunu. Bilmərrə,

Olmazdı heyvandan beşbetər heyvan.

(Ə.Cəmilin tərcüməsi)

Bədbaxt o qədər olmaz idi bir zaman insan,

Etsəydin əgər nuri-səmanı ona pünhan;

Əql ismini vermiş bəşər ol nura dilində,

Heyvanlığı lakin gözəl alətdir əlində.

(Əli bəy Hüseynzadənin tərcüməsi)

Bəli, başdan-başa, tanrım, qan, qada...

İnsanlar qəm, möhnət, içindədir lap.

Mən də rəhm eləyib, vermirəm əzab!

(Ə.Cəmilin tərcüməsi)

Yerdə görürəm hər şeyi nifrinə səzavar!

İnsan o qədər çəkmədə dünyada səfalət

Kim yox həvəsim verməyə biçarəyə zəhmət.

(Əli bəy Hüseynzadənin tərcüməsi)

Mefistofel Allah haqqında:

Hərdən xoşum gəlir lap bu qocadan,

Onunla aranı vurmamaq şərtdir.

Şeytanın özüylə belə mehriban

Danışmaq, özü də bir kəramətdir.

(Ə.Cəmilin tərcüməsi)

Mefistofel Rəbbi-aləm haqqında:

Bəzən də ziyarət xoş olur Zati-qədimi;

Heç istəməm etmək Ona izhari-ədavət.

Bunca əzəmət, heyrətə şayəstə deyilmi!

Şeytana belə göstəriyor rıfkı-nəzakət!

(Əli bəy Hüseynzadənin tərcüməsi)

# 3925 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
menu pen all_news